Yaxın Şərq
ABŞ-Rusiya liderlərinin kritik zirvəsi Şərq tarixini YENİDƏN YAZACAQ - PKK Əsədlə birləşir
ABŞ ilə Rusiya arasında aparılan son danışıqlarda PKK/PYD terror təşkilatı üzvlərinin Bəşər Əsəd rejiminin muzdlu əsgərləri olması gündəmə gətirilib. Bu istiqamətdə yeniliklər qeydə alınıb.
Publika.az xəbər verir ki, Əsəd rejiminin yayım orqanı olan “Əl Vətən” qəzeti PKK/PYD başçılarının Dəməşqə müzakirələr üçün gəldiyini təsdiq edib.
Fərat çayının şərqində yerləşən təşkilatın nəzarətində olan sahələrə rejim bayraqlarının asılması, hərbi şöbələrin fəaliyyətə keçirilməsi, ictimai işçilərin Dəməşqdən göndərilməsi və hərbi siyasi imtiyazlar tanınaraq PKK/PYD-nin Dəməşqə bağlanması mövzusunda görüşlər davam edir.
İraqda 2005-ci ildən sonrası Peşmərgənin Bağdada bağlı bölgə gücü statusu Suriyanın şərqində YPG/PKK terror təşkilatına veriləcək. Terrorçuların maaşları Dəməşq tərəfindən ödəniləcək. Həmçinin, terror təşkilatının cəbhələrində vuruşanlar əsgərliyə getmiş kimi sayılacaq. PKK/PYD bölgələrində tədris kürd və ərəbcə aparılacaq. Suriya neft naziri PKK-nın içindən seçiləcək və ABŞ–ın bölgədə hərbi varlığı qorunacaq.
“Suriyanın qara qutusu” adlandırılan və Əsədin yaxın qohumu olan Rami Mahlufun rəhbəri olduğu “Əl Vətən” qəzeti tərəflər arasındakı görüşləri və müzakirələrdən bəzi məqamları yayımlayıb. Xəbərə görə, Donald Tramp-Vladimir Putin zirvəsi PKK-Əsəd ittifaqı mövzusunda həyati önəm daşıyacaq.
Birləşmə layihəsi Türkiyənin Münbiç və Təl-Əbyad olmaq üzrə, Suriyada terror işğallarına son verilməsi və bu istiqamətdə qəti qərarların qarşısını almaq üçün həyata keçirilir.
Zümrüd
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Ekologiya29 Sentyabr 23:36Naxçıvana ilk qar yağdı - VİDEO
-
Magazin229 Sentyabr 23:24Yaraşıqlı kişilərdə görün nələr çatışmır - Təşkilatçılar qadınlardan yardım istədilər
-
Nəqliyyat29 Sentyabr 22:48"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
İdman29 Sentyabr 21:48"Barselona", "Real Madrid" və PSJ onun uğrunda mübarizə aparacaq






.png)


























.jpg)