Yaxın Şərq
Səkkiz min nəfəri qətl etdik – DƏHŞƏTLİ ETİRAF
Rusiyanın Soçi şəhərində Astana prosesi çərçivəsində danışıqlar getdiyi bir vaxtda Suriya rəhbərliyi 8 min 32 nəfəri həbsxanada qətlə yetirdiyini etiraf edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə, Rusiya və İranın razılığı ilə əsirlərin mübadiləsinin gündəmə gəldiyini görən Dəməşq Haseke, Hələb, Xüms, Deraa, Tartus, İdlib, Lazkiye, Deyr-əz-Zor və Rakkada qeydiyyatda olan 8 min 32 nəfəri “ölü” olaraq göstərib.
Suriyadakı “Zaman əl-Vasıl Haber” portalı rejimin “ölü” siyahısına daxil etdiyi məhbuların adlarının yer aldığı siyahını ələ keçirərək dərc edib. Siyahıda jurnalistlər, alimlər, hərbçilər və ictimai xadimlərin adları da var. Həbsxanalarda işgəncə altında öldürülən vətəndaşların ölüm səbəbi olaraq “infarkt” və ya “infeksiya” göstərilib.
Suriyalı General Edip Şellaf isə Dəməşq tərəfindən həbsxanalarda saxlanılan vətəndaşların sayının 200 mini keçdiyini və ən az 40 min nəfərin işgəncələrlə öldürüldüyünü qeyd edib.
Ömər.
-
İdman21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi
-
Magazin121:24Mətanət dünən buna görə efirə çıxmayıb - - Acı xəbər alıb
-
ABŞ20:00Nidal Həsən belə edam ediləcək - Tramp qadağa qoydu
-
Dəb19:24Cinsin əvəzinə çinos gəlir - Payızda dəbdə olacaq / FOTO
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı






































