Yaxın Şərq
Son illərin ən böyük zərbəsi: Ordu hücuma keçdi, 1732 əməliyyat keçirildi
Yəmən ordusu husilərə qarşı həyata keçirilən “Yəmən Şəfəqi” əməliyyatı çərçivəsində 1732 hərbi əməliyyatın keçirildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, polkovnik Macid Abdullah ən-Nezili əməliyyatlar zamanı 900-dən çox husi döyüşçüsünün zərərsizləşdirildiyini, 287-dən çox hərbi texnikanın isə məhv edildiyini və ya sıradan çıxarıldığını bildirib.
Onun sözlərinə görə, hücumlarda döyüş təyyarələrindən, pilotsuz uçuş aparatlarından, səhra artilleriyasından və reaktiv yaylım atəşi sistemlərindən istifadə olunub. Husilərin istehkamları, komanda-idarəetmə mərkəzləri, müşahidə məntəqələri və silah-sursat anbarları hədəfə alınıb.
Əməliyyatların keçirildiyi ərazilər və dəqiq vaxt aralığı açıqlanmayıb. Husilər isə məsələ ilə bağlı hələlik münasibət bildirməyiblər.
Yəmən Prezidentlik Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Uleymi oktyabrın 5-də husilərin nəzarətindəki ərazilərin geri alınması məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlanıldığını açıqlamışdı.
Yəməndə vətəndaş müharibəsi husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra vilayətləri ələ keçirməsindən sonra başlayıb. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən hökumətinə dəstək məqsədilə ölkəyə müdaxilə edib.
Akqabay
-
İdman19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
























.jpg)















