Yaxın Şərq
Səudiyyə Ərəbistanı ETİRAF ETDİ: Qaşıqçı konsulluqda ÖLDÜRÜLDÜ - ŞOK DETALLAR - (YENİLƏNDİ)
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının bu ölkənin Türkiyədəki baş konsulluğunda çıxan davada öldürüldüyünü açıqlayıb.
Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, jurnalistin yoxa çıxması faktı ilə əlaqədar aparılan cinayət işinin ilkin nəticələrinə görə, Camal Qaşıqçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında yaranmış münaqışə və dava onun ölümünə səbəb olub.
Publika.az xəbər verir ki, Röytersin məlumatına görə, Qaşıqçının hissələrə bölünmüş meyiti yerli tərəfdaş tərəfindən konsulluğun binasından çıxarılıb. Digər məlumatlarda isə yayılan xəbərlərdə Qaşıqçının meyitinin aqibəti barədə yetərli məlumatın olmadığı deyilir.
Səudiyyə Ərəbistanının Baş prokuroru Saud əl-Muacib Qaşıqçının öldürülməsində məsuliyyət daşıyanların hamısının ədalət qarşısında cavab verəcəyini bəyan edib.
Onun sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir və cinayət işi üzrə ölkənin 18 vətəndaşı istintaqa cəlb olunub. O həmçinin bildirib ki, krallıqda təhlükəsizlik qurumunda yüksək vəzifə tutan və Vəliəhdin müşaviri olan general Əhməd Əsiri və nazir rütbəsində olan krallığın dəftərxanasının müşaviri Saud əl-Kaxtanı vəzifələrindən azad olunublar.
ABŞ prezidenti Donald Tramp isə Səudiyyə Ərəbistanına Qaşıqçı açıqlaması ilə bağlı bəzi suallarının olacağını deyib. Tramp bu məsələdə Konqreslə birlikdə işləyəcəklərini bildirib.
“Səudiyyə Ərəbistanının bu açıqlamaları “ilk böyük addım”dır. Lakin son qərarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla görüşdən sonra verəcəyik”,- deyə Tramp vurğulayıb.
Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasında öldürüldüyü iddia edilir.
Gülxar
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO








































