Yaxın Şərq
İsrail “Şimal qalxanı”na başladı: Hamısı MƏHV EDİLƏCƏK
İsrail hərbçiləri “Şimal qalxanı” əməliyyatının başlandığını elan ediblər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bildirib.
Onun sözlərinə görə, əməliyyatın hədəfi Livanın “Hizbullah” təşkilatının yəhudi dövlətinin ərazisinə silah göndərmək üçün qazdığı tunelləri tapmaq və onları məhv etməkdir.
“Bizə bir sıra tunellər haqqında məlumdur. Hələ ki, onların konkret sayını açıqlamayacağam”, - Yonatan Konrikus deyib.
İsrail ordusunun rəsmi nümayəndəsi bildirib ki, tunellər hələ işə salınmayıb və israillilər üçün bilavasitə təhlükə təşkil etmir. Zabitin sözlərinə görə, əməliyyat Qolan hündürlüklərinin şimal hissəsi də daxil olmaqla, yalnız İsrail tərəfindən nəzarət edilən ərazidə keçiriləcək.
Qeyd edək ki, XXI əsrdə Livan-İsrail münaqişəsi bir neçə dəfə kəskinləşib (2006 və 2016-cı illər). Ölkələrin arasında diplomatik münasibətlər yoxdur. İsrail qanunvericiliyinə görə, Livan düşmən dövlətdir.
Ömər
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
