Yaxın Şərq
"Sülh Çeşməsi"ndə üçüncü gün: Türk ordusuna ŞOK, şəhidlərin sayı artdı, 342 terrorçu... - VİDEO - (YENİLƏNDİ)
"Sülh Çeşməsi" hərəkatında terrorçularla döyüşdə Türkiyənin daha bir əsgəri şəhid olub. Bununla, hərəkat başlanandan bu yana şəhid olan türk əsgərlərinin sayı 4-ə çatıb.
Tel Abyad və Rasulaynda YPG/PKK terror təşkilatından azad edilən kəndlərin sayı isə 15-ə çatıb. Son olaraq, Tel Adyadın cənub-şərqindəki Halave kəndi terrorçulardan təmizlənib.
Hərəkatın gedişatında öldürülən terrorçuların sayı 342-ə çatıb.
***
17:44
YPG/PKK terror təşkilatı Suriyada işğal etdiyi bölgələrdən Surucdakı dinc sakinlərə hücum edib.
Publika.az xəbər verir ki, nəticədə 2 dinc sakin həlak olub.
***
15:37
Türkiyə Silahlı Qüvvələri PKK mövqelərini bombalayıb. Həmin görüntüləri anbaan təqdim edirik:
***
15:01
“Sülh Çeşməsi” hərəkatı çərçivəsində 342 terrorçu zərərsizləşdirilib.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, hərəkat planlaşdırıldığı üzrə davam edir.
Nazirlikdə oprdu generalları ilə toplantı keçirən Akar bir daha dilə gətirib ki hədəf İŞDİ, PKK/PYD-YPG başda olmaqla, terrorçuları məhv etmək, bölgədə sülh koridoru təsis edərək suriyalıların torpaqlarına geri qayıtmalarını təmin etməkdir.
***
12:29
“Sülh Çeşməsi” hərəkatını şəxsən yerindən izləyən Təhlükəsizlik və Strategiya mütəxəssisi Abdulla Ağar əməliyyat haqqında son dəqiqə açıqlamaları verib.
Publika.az xəbər verir ki, mütəxəssis İngiltərə və Fransanın qüvvələrini əməliyyat bölgəsindən geri çəkdiyini bildirib.
Həmçinin, qeyd edib ki, türk əsgərləri dinc sakinlərə qarşı həssas davranır, Suriya Milli Ordusu isə əməliyyatlarda nizamlı şəkildə iştirak edir. Onun sözlərinə görə, Mehmetçik hərəkat başladıqdan 6 saat sonra ən kritik prosesi geridə qoyub.
Yerli vaxtla 10:44-də TSQ və SMO Ras əl-Aynda YPG hədəflərini vurub. Televiziyadan canlı yayımlanan bombardmandan sonra şəhər səmasını nazik duman qatı bürüyüb.
***
12:18
Suriyanın şimalında təşkil edilən “Sülh Çeşməsi” hərəkatında PKK/YPG-PYD terrorçuları Türkiyə Silahlı Qüvvələri tərəfindən həm qurudan, həm də havadan bombardman edilir.
Publika.az xəbər verir ki, F-16 döyüş təyyarələri terrorçuların bir çox mövqeləri vurularaq məhv edilib.
Sübh saatlarından etibarən terror təşkilatlarının hərəkət sahələri və daha əvvəl qazdıqları çuxurlar kəskin top atışları ilə birlikdə havadan F-16 qırıcıları ilə dəstəklənib.
***
10:27
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fərat çayının şərqindəki terrorçulara qarşı təşkil edilən “Sülh Çeşməsi” əməliyyatı 3-cü günündə davam edir.
Publika.az xəbər verir ki, yerli vaxtla saat 08:52-dən etibarən Təl Abyaddakı PKK/YPG hədəfləri səhra topları ilə atəşə tutulub. Terrorçular isə mahal mərkəzinin qərb və şərqində TSQ-ya aid Silahlı Pilotsuz Uçuş Aparatlarının görüntü çəkməsini və təyyarələrin hədəflərini vurmasını əngəlləmək üçün rezin və mazut yandırır. Alovdan çıxan qara duman görüntünün şəffaflığını pozur.
“Sülh Çeşməsi” gecə boyunca havadan və qurudan uğurla davam edib. Təsbit edilən hədəflər Hərbi Hava Qüvvələri və atış dəstək qoşunları tərəfindən bombardman edilib.
Terrorçuların TSQ və SMO mövqelərinə atdığı mərmilərdən bəzilərinin ABŞ, bəzilərinin isə Rusiya istehsalı olduğu müəyyənləşdirilib. Əməliyyat çərçivəsində öldürülən terrorçu sayı 277-ə çatıb.
Hərəkat plana uyğun şəkildə davam edir.
Qeyd edək ki, “Sülh Çeşməsi” hərəkatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri 1 şəhid verib. Piyada Əhməd Topçu terrorçuların hücumu zamanı həlak olub. Faktı Türkiyə Müdafiə Nazirliyi təsdiqləyib.
Zümrüd
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var