Yaxın Şərq
Türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu - (YENİLƏNDİ)
ABŞ çərşənbə axşamına qədər sözünün üstündə dursa, problem həllini tapacaq. Vədlərinə xilaf çıxsalar, “Sülh çeşməsi” qaldığı yerdən davam edəcək”.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Soçidə Vladimir Putinlə keçirəcəyi görüşlə bağlı danışan Ərdoğan bildirib ki, toplantının ana gündəmi Suriya olacaq: “Bir tərk şərtimiz var: rejimin olduğu hər yerdə PKK/YPG-nin təmizlənməsi. PKK-nin təmizləndiyi bölgələrdə rekim qüvvələrinin olması bizi narahat etmir. Bzim orada qalmaq kimi dərdimiz də yoxdur. Terror qüvvələri Kobanidən çıxsa, bizim üçün məsələ bitəcək”.
***
17:17
Türkiyənin “Sülh çeşməsi” hərəkatı çərçivəsində YPG/PKK terror təşkilatı ilə mübarizədə kimyəvi silahdan istifadə etməsi ilə bağlı BMT-dən açıqlama gəlib.
Publika.az xəbər verir ki, BMT İnsan Hüquqları Ali Komissarlığının (OHCHR) mətbuat katibi Ravina Şamdasani terrorçular tərəfindən qaldırılan bu iddianı təkzib edib.
Mətbuat katibi məsələ ilə bağlı onlara bilgi daxil olmadığını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarık Yasareviç BMT-nin Cenevrə Ofisində təşkil olunan konfransda Əl-Cəzirə televiziyasının müxbirinin məsələ ilə bağlı təkidli suallarına cavab olaraq ÜST-ün bu yöndə bilgi sahibi olmadığını deyib.
***
15:19
“Ordumuz Suriyanı tərk etməyəcək”.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Sülh çeşməsi” ilə bağlı danışarkən deyib.
Türkiyə-ABŞ razılaşmasına dair fikirlərini açıqlayan prezident bildirib ki, Milli Müdafiə Nazirliyindən aldığı məlumata görə, hazırda Suriyada döyüş getmir: “9 günlük proses yaşadıq bu bölgədə. Əvvəli də var. Telefon diplomatiyası ilə davam edən proses oldu. Tramp və Putinlə görüşlərimiz, müxtəlif Avropa ölkələri ilə danışıqlarımız var. 440 kilometrlik sahənin 120 saat ərzində boşaldılması məsələsində razılığa gəldik. Çərşənbə axşamı da cənab Putinlə görüşəcəm. Onunla görüşümü də bu prosesin ünsürü olaraq görürəm. Milli Müdafiə nazirimlə görüşdüm. Çəkilmənin başladığını söylədilər. Dezinformasiyalara qulaq asmayın”.
***
13:16
“Türkiyə ötən gün ABŞ ilə əldə olunan razılaşma ilə “Sülh çeşməsi” hərəkatına zəmin hazırlayan hədəflərinə çatdı”.
Publika.az xəbər verir ki, bunu Türkiyə Böyük Milllət Məclisinin sədri Mustafa Şəntop deyib.
Tvitterdn Türkiyə və ABŞ arasında baş tutan görüşlərə dair mövqeyini açıqlayan sədr bildirib ki, bu proseslə bağlı yaşananlar və tərəflərin mövqeyi arxivləşdirilib: “Türkiyənin hərbi və siyasi gücü görüldü. Hafizəsinin nə qədər güclü olduğu isə zamanla görüləcək”.
Qeyd edək ki, ötən gün Türkiyə və ABŞ arasında "Sülh çeşməsi" hərəkatının başa çatdırılmasına dair razılaşma əldə edilib.
***
11:49
Türkiyə ilə ABŞ arasında Suriyanın şimalındakı əməliyyatların dayandırılması üçün 13 maddəlik razılaşma imzaladıqdan sonra PKK/YPG-dən ilk açıqlama gəlib.
Publika.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, PKK/PYD/YPG/SDG-nin komandiri, “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin razılaşmanı qəbul etdiklərini açıqlayıb.
“Türkiyə ilə razılaşmanı qəbul edirik və onun tətbiqi üçün nə lazımdırsa, edəcəyik. Bu, sadəcə bir başlanğıcdır. Ona görə də Türkiyəni hədəfinə çatdırmayacaq”,- Şahin bildirib.
Razılaşmanın Suriyanın şimalında Ras əl Eyn və Təl Abyad arasındakı 120 km-lik sərhəd bölgəsini əhatə etdiyini iddia edən komandir qüvvələrinin digər bölgələrdən çıxmayacağını vurğulayıb.
ABŞ-Türkiyə razılaşmasına Dəməşq hökumətindən də açıqlama gəlmişdi. Bəşər Əsədin siyasət və media üzrə müşaviri Buseyna Şaban razılaşmanı “müəmmalı” adlandırmışdı.
***
09:42
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi “Sülh çeşməsi” (Parış pınarı) əməliyyatı 10-cu günündə planlaşdırıldığı kimi davam edir.
Publika.az xəbər verir ki, Fərat çayının şərqindəki 120 kilometrlik Türkiyə-Suriya cəbhə xətti PKK-dan təmizlənmək üzrədir.
Suriyanın daxilində doğru 35 km irəliləyən Mehmetçik və Suriya Milli Ordusu terrorçuların casus yuvasına çevirdiyi ilçə mərkəzlərini təhlükəsiz etmək üçün işlər aparır.
Hərəkatın ilk cəbhəsi olan Təl Abyad və Ras əl Eyn arasındakı 120 kilometrlik bölgənin 100 kilometrə yaxınında hakimiyyət əldə olunub. TSQ və SMO son 24 saatda 20-yə yaxın kəndi terrorçulardan təmizləyib. İşğaldan azad edilən kənd sayı 80-i keçib. Tunellərdən istifadə edərək üzə çıxan PKK-çılar SMO döyüşçləri tərəfindən məhv edilir. Birliklər təşkilatın qadın qolu olan YPJ-nin qərargahını da ələ keçirib.
Ras əl Eynin xarici məhəllələrindəki terror hədəfləri tank və top atışları ilə dünən gün boyu davam edib. Bomba düşən nöqtələrdə çıxan yanğınlar terrorçuların sursat anbarlarının partladığını göstərir. Ras əl Eyndən İraq sərhədinə uzanan quru yolu əməliyyatların ikinci mərhələsinə start verilmədiyi üçün hələ də açıqdır. Terrorçular Qamışlıdan Ras əl Eyn tərəfinə M4 magistral yolunu istifadə edərək silah daşıyır. TSQ təqib etdiyi konvoyların nöqtələrini müəyyən edərək hava hücumu ilə məhv edir.
Hərəkatın 9-cu günündə zərərsizləşdirilən terrorçu sayı 702-yə çatıb. 40 PKK-çı sağ ələ keçirilib. Rakka və Tabqada zorla silahlandırılan 600-yə yaxın şəxs təşkilatdan qaçıb.
Zümrüd
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var