Düşmənin XAİN PLANI belə ifşa olundu, Müdafiə naziri NATO-nu köməyə çağırdı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Yaxın Şərq

Düşmənin XAİN PLANI belə ifşa olundu, Müdafiə naziri NATO-nu köməyə çağırdı - VİDEO - (YENİLƏNDİ)

“Müttəfiqlərimiz PKK ilə bərabər olan YPG-ni dəstəklədi. YPG bəzi müttəfiqlərimizdən silah alır. Bu silahlar da bizə tuşlanır”.

Publika.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

“TRT World Forumu”nda çıxış edən nazir qeyd edib ki, NATO ilə birləşərək təhdidlərə qarşı mübarizə çərçivəsində birgə hərəkət etmək lazımdır.

“Sülh çeşməsi” hərəkatının məqsədi terror təhdidini aradan qaldırmaqdır. 2 milyon evindən qaçqın düşmüş suriyalı könüllü şəkildə evlərinə geri qayıda bilsin. Siyasi birliyi qorumağa çalışdıq. PKK və YPG kürd və suriyalı qardaşlarımızı təmsil edə bilməz. Son günlərdə gördük ki, 9 aylıq körpə tragedik şəkildə öldürüldü” – nazir bildirib.

***

16:05

Suriyada dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə edib cinayəti Türkiyə Silahlı Qüvvələrinin üzərinə atmağa çalışan PKK/YPG-nin növbəti oyunu ifşa olub.

Publika.az xəbər verir ki, terrorçular Təl Rıfat bölgəsində Suriya rejiminə aid hərbi formalar geyinməyə başlayıb.

Türkiyə Kəşfiyyat Xidmətinin informasiyasına görə, terrorçular “Sülh çeşməsi” hərəkatına görə qorxuya qapılan dinc sakinləri “burada rejim əsgərləri olduğu üçün hərəkat keçirilə bilməz” sözləri ilə şəhərdə saxlamağa çalışır. PKK-nın bu məqsədlə həm də Bəşər Əsəd rejimilə ortaq hərəkət etdiyi mesajını vermək niyyətində olduğu bildirilir.

Qeyd edək ki, PKK/YPG tərk etdiyi ərazilərə kustar üsulla hazırlanmış bomba və mina döşəyir.

***

15:29

Türkiyə-Suriya sərhədindən 30-35 km cənuba geri çəkilməsi üçün 120 saatlıq müddət verilən PKK terror təşkilatı və dəstəkçilərinin üzvləri Hesekeyə doğru yola düşüb.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyə mediasına hərbi mənbələrdən xəbər verilib.

İnformasiyaya görə, bölgədə 10-15 min silahlı terrorçu var. “Sülh çeşməsi” hərəkatının irəliləməsi ilə terror təşkilatı liderlərinin dərhal bölgəni tərk etməsi ortaya çıxıb.

Bu günə qədər 30 min tır silah yardımı edilən terrorçulara 30-35 min nəfərlik silahlı qüvvələri təmin edəcək qədər ağır cihazlar verilib. PKK/YPG bölgədəki həbsxanalardan, ən az, 650 İŞİD üzvünü həbsxanadan çıxarıb.

əməliyyat başladığı gündən etibarən təslim olan terrorçuların sayı 40-dır. Tutulan və yaralananların isə toplamda 90-a çatıb.

Hazırda 120 km-lik sərhəd bölgəsi Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındadır. Hərbi mənbələrin açıqlamasına görə, sabah saat 22:00-da verilən müddət başa çatdığı üçün bölgədə qalan terrorçular ordu tərəfindən zərərsizləşdiriləcək.

ABŞ ilə əldə olunan razılığa görə, Türkiyə 440 km ərazidə təhlükəsiz bölgə qurmaq niyyətindədir.

***

09:57

PKK terror təşkilatı və dəstəkçilərinə Türkiyə sərhədindən 30-35 km cənuba geri çəkilmələri üçün verilən 120 saatlıq müddət sabah axşam saat 22:00-da başa çatacaq.

Publika.az xəbər verir ki, “Sülh çeşməsi” hərəkatına bu məqsədlə verilən 5 günlük fasilə müddətində PKK/YPG-nin ən ciddi çəkilmə əlaməti ötən gün gerçəkləşib. 765 terrorçunun zərərsizləşdirildiyi, yüzlərlə terrorçunun yaralandığı və qaçdığı təşkilat ilk olaraq yaralıların təxliyəsi üçün Ras əl Eynə 39 avtomobildən ibarət təcili yardım konvoyu aparıb. Türkiyə Silahlı Qüvvələrinin nəzarəti ilə keçən avtomobillər yaralıları Təl Əmir bölgəsinə aparıb.

Nazir açıqladı

Milli Müdafiə naziri Hulusi Akar hərəkatla bağlı açıqlamasında türk ordusunun çəkilmə prosesini yaxından izlədiyini deyib: “Proses ABŞ-la birlikdə izlənir. Ras əl Eyndən təşkilata aid 125 avtomobil çıxıb. Proses üçün verilən müddətin başa çatmasına az qalıb”.

Təhlükəsizlik qaynaqları Ras əl Eyn mahal mərkəzindən PKK-çıların yalnız yarısının çəkildiyini bildirib. Şəhərdə minə yaxın terrorçunun olduğu ehtimal olunur.

Buna baxmayaraq, PKK Təl Abyaddan çıxmaq haqqında düşünmür. Ötən gün təhlükəsizlik qüvvələrinə 22 dəfə hücum edən terrorçular “Mehmetçik”ə tank əleyhinə və uzunlüləli silahlarla atəş açıb. Hücum zamanı 1 türk əsgəri şəhid olub, 1-i yaralanıb. Terrorçular Təl Abyadın qərbinə sığınmağa çalışır.

Pentaqon da çıxır

ABŞ prezidenti Donald Trampın qərar verməsindən sonra ABŞ-ın Suriyadakı əsgərləri çəkilmə prosesini davam etdirir. Bu çərçivədə artıq Eyn İsa şəhərindəki “La Farge” fabriki, Hesekedəki Təl Bəydar bazası, Eyn əl-Ərəb və Münbiçdəki Dadat düşərgəsi boşaldılıb. Ötən gün də Münbiçin cənub-qərbindəki Səidiyyə düşərgəsi boşaldılıb. Pentaqonun Suriyanı tərk etdikdən sonrakı yeganə ünvanı İraqdır. ABŞ Milli Müdafiə naziri Mark Epser Trampın qərarı ilə Suriydan çəkilən minə yaxın əsgərin İraqın qərbinə gedəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" anti-terror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm