Yaxın Şərq
İsrail "Pfizer" peyvəndinin növbəti partiyasını əldə edəcək
İsrail avqustun 1-i "Pfizer" şirkətinin peyvəndlərinin növbəti partiyasını alacaq.
Publika.az xəbər verir ki, bunu ölkənin baş naziri Naftali Bennett İsrail hökumətinin həftəlik iclasında deyib.
Nazir qeyd edib: ""Pfizer" şirkətinin baş direktoru Albert Burla ilə bir sıra telefon danışıqlarından sonra bu gecə növbəti peyvənd partiyasının İsrailə çatdırılması barədə razılıq əldə etdiyimizi bildirməkdən məmnunam. Bu, mövcud ehtiyatlarla birlikdə bundan sonra İsrail Dövlətində daimi peyvənd ehtiyatını təmin edir".
N.Bennett, eyni zamanda, nazirləri məlumatlandırıb ki, Koreya Respublikası dünyanın ilk peyvənd mübadiləsi razılaşması çərçivəsində İsrailin verdiyi 700 min doza "Pfizer"in tədqiq edib və təsdiqləyib. Bunun qarşılığında növbəti mərhələdə ölkədə peyvəndlərin daimi ehtiyatını təmin etmək üçün İsrail Cənubi Koreyadan 700 min doza peyvənd alacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

