Yaxın Şərq
Məxfi bazaya hücum Tehranda gerçəkləşdirilib: İsrail GİZLİ MƏLUMATLARI YAYDI
İsrailin iyun ayında İranda uranı zənginləşdirən sentrifuqa zavodunu hədəf aldığı iddia edilir.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.
Bildirilib ki, İsrail sentyabr ayında da İslam İnqilabı Keşikçiləri Korpusuna aid raket bazasını vurub.
ABŞ mənbələrinə istinad edilən xəbərdə qeyd olunub ki, Təl-Əviv rəhbərliyi sözügedən raket hücumlarından əvvəl ABŞ-ı son hadisələrdən xəbərdar edib.
O da vurğulanıb ki, hücum İranın paytaxtı Tehranda gerçəkləşdirilib. İsrailin gizli həyata keçirdiyi hücumlar çərçivəsində sözügedən hər iki hücumu da üzərinə götürmədiyi bildirilib.

Bundan əlavə, xüsusi İsrail kəşfiyyat şirkəti olan “ImageSat International” sentyabrın sonunda Tehran yaxınlığındakı məxfi raket bazasında azı iki hərbçinin ölümü ilə nəticələnən partlayışın olduğu obyektin peyk görüntülərini yayımlamışdı. Yayımlanan fotolarda sözügedən ərazidə partlayışdan sonra meydana gələn zərərlər nümayiş olunub.
Şirkətin məlumatına görə, partlayışdan qısa müddət sonra çəkilən görüntülərdə İnqilab Keşikçiləri Korpusuna məxsus “gizli raket bazası” olan binanın ən azı dörddə bir hissəsinin tamamilə dağıldığını görmək olar. Şirkət ərazinin “Shahid Hemmat” Sənaye Qrupu olduğunu təyin edib. Bura İranın ballistik raketlər proqramının bir hissəsidir və “Şahab-3”, “Qədr” uzaqmənzilli ballistik raketlərini istehsal edir.
Akqabay
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)













