Yaxın Şərq
Bayden İsrailin Baş nazirindən bunu xahiş edəcək - KİV-in özəl mənbəyi
ABŞ Prezidenti Co Bayden bu gün Yerusəlimdə keçiriləcək görüşdə İsrailin Baş naziri Yair Lapiddən Ukraynaya hərbi yardımı artırmağı xahiş edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
”Bayden cümə axşamı Lapiddən İsrailin Ukraynaya hərbi yardımını artırmağı xahiş edəcək”, - deyə portalın məlumatında qeyd olunur.
Qeyd edildiyi kimi, İsrail indiyədək Ukraynaya müasir silahların tədarükünü həyata keçirməyib.
May ayında KİV-lər xəbər vermişdilər ki, Yerusəlim Berlinin İsrail texnologiyasından istifadə edərək Ukraynanı Almaniya istehsalı olan tank əleyhinə raketlərlə təchiz etməsinə icazə verilməsi ilə bağlı ABŞ-ın xahişini rədd edib. Fevral ayında bildirilmişdi ki, hətta Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəl ABŞ öz ordusunun iştirakı ilə Ukraynanı “Dəmir günbəz”lə təchiz etməyə çalışsa da sonra Tel-Əviv təsir rıçaqları taparaq bunun qarşısını ala bilib.
ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə səfərdədir. Onun təyyarəsi iyulun 13-də günortadan sonra Ben Qurion hava limanına enib. 13-16 iyul tarixlərində ABŞ Prezidenti kimi ilk Yaxın Şərq turu zamanı Bayden İsraillə yanaşı İordan çayının qərb sahilinə və Səudiyyə Ərəbistanına da səfər edəcək.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

