Yaxın Şərq
Suriya konstitusiyasına dair Cenevrə danışıqları təxirə salındı
Cenevrədə Suriya konstitusiya komitəsinin növbəti iclası təxirə salınıb.
Publika.az xəbər verir ki, bu məlumatı BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Heyr Pedersen təsdiqləyib. O, danışıqların təxirə salınmasının səbəblərini açıqlamayıb.
İsveçrə mətbuatının məlumatına görə, Suriya hökumətini dəstəkləyən Rusiya tərəfi hələ iyun ayında danışıqların məkanının dəyişdirilməsi təklifini irəli sürüb. Buna səbəb kimi İsveçrənin öz neytrallığını itirməsi göstərilib.
İlkin olaraq iyulun 25-dən 29-dək nəzərdə tutulan danışıqlarda Suriyanın hökumət, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri sayca doqquzuncu dəfə bir araya gəlməli idilər. Konstitusiya komitəsinin əsas işi artıq 11 ildən bəri vətəndaş müharibəsi içərisində olan Suriyanın böhrandan çıxarılması üçün yeni konstitusiyanı hazırlamaqdır.
2019-cu ildən aparılan danışıqlarda tərəflər arasında əsaslı yaxınlaşma əldə olunmayıb. Növbəti danışıqların məkan və zamanı barədə hələlik açıqlama verilmir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
