Yaxın Şərq
Liviyanın paytaxtında şiddətli döyüşlər başladı
Liviyanın paytaxtı Tripoli ətrafında şiddətli döyüşlər başlayıb və gün ərzində davam edib.
Publika.az “Lybia Observer” nəşrinə istinadla xəbər verir ki, Tripolinin ətrafındakı silah anbarına hücum edən və general Xəlifə Haftarın nəzarətində olan silahlı qruplaşmalar paytaxt küçələrinə daxil olmağa cəhd edirlər. Şəhərin mərkəzində isə yanğınların baş verdiyi bildirilir.
Liviyanın keçici hökumətinin tabeliyində olan ordunun sözçüsü Muhammed Qununu mətbuat konfransında bildirib ki, Əbdelhəmid Dbeybəhi müdafiə edən hərbçilər general Xəlifə Haftarın Tripoliyə daxil olmasının qarısını alacaqlar. O, BMT-nin Liviya üzrə xüsusi missiyasına müraciət edərək Sirtə, Əl-Cafra və Brak əl-Şati bölgələrinə müşahidəçilər göndərməyi xahiş edib. Qununu iddia edib ki, həmin ərazilərdə muzdlu əcnəbi əsgərlər yeni düşərgələr qurublar və hücum əmrini gözləyirlər.
Liviyada Əbdülhəmid əl-Dbeybəhin başçılıq etdiyi Tripolidəki Milli Birlik Hökuməti ilə şərqdə yerləşən və parlamentin dəstəklədiyi Fəthi Başağanın rəqib hökuməti arasında gərginlik kulminasiya nöqtəsinə çatıb. BMT və Qərb ölkələri onları dialoqa çağırıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

