Yaxın Şərq
HƏMAS-ın hücumunu bu qızlar bilib, amma.. - İsrailin inanılmaz səhvi
Qəzzada müharibənin başlanmasına səbəb olan HƏMAS-ın 7 oktyabr hücumuna dair yeni detallar ortaya çıxıb.
Publika.az xəbər verir ki, 7 oktyabr hücumunun dəf edilməməsinin səbəblərindən biri kimi İsrail ordusunda cinsi və yaş ayrı-seçkiliyinin olduğu deyilir.
“Haaretz” nəşri hərbçilərə istinadən yazır ki, ordu komandanlığı gənc qadınlardan ibarət bölmənin hücumla bağlı məlumatına məhəl qoymayıb.
Nəşrin məlumatına görə, Qəzza zolağı ilə sərhədə nəzarət edən hərbi bölmə hücum ərəfəsində komandanlığa HƏMAS-ın şübhəli fəaliyyəti haqda xəbərdarlıq göndərib. Göndərilən məlumatlarda HƏMAS döyüşççülərinin maneələri dəf etmək üçün təlim keçməsi, nəqliyyat vasitələrindən aktiv istifadəsi, eləcə də kameraları sıradan çıxarmaq üçün xüsusi avadanlıqlara malik olduqları yer alıb. Lakin komandanlıq bu məlumatlara məhəl qoymayıb.
“Bu, hamısı gənc qızlardan və gənc qadın komandirlərdən ibarət olan birlikdir. Şübhə yoxdur ki, kişilər olsaydı, hər şey başqa cür olardı”, - ordudakı əsgərlər nəşrə bildirib.
İlana adlı qadın əsgər deyib ki, hücumdan iki ay əvvəl HƏMAS döyüşçüləri sərhədə qədər uçan pilotsuz təyyarələri yoxlayıb. Eyni zamanda, hücumdan bir ay əvvəl HƏMAS üzvləri İsrail ordusunun müşahidə məntəqəsinin maketini hazırlayıb və təlimləri burada keçiblər.
Yara adlı qadın əsgərin sözlərinə görə, hücum günü komandalıq həyacan siqnalı versə də, bu haqda qadın əsgərlərdən ibarət müşahidəçi bölməsinə xəbərdarlıq edilməyib.
“Döyüşçülərin ən azı silahları vardı və döyüşdülər. Kəşfiyyat-müşahidə qrupları isə silahsız idi və onlar özlərini müdafiə edə bilmədən öldürüldülər”, - Yara bildirib.
Qeyd edək ki, müşahidəçi bölmələr (“Tatspitaniyot” qruplar) yalnız qadınlardan ibarətdir. İsrail Sərhəd Müdafiə Korpusuna bağlı olan bölmənin əsas işi sərhəddə kameralar və sensorlardan gələn məlumatları 24/7 iş rejimində İsrail ordusuna ötürməkdir.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO








.jpg)

























