Yaxın Şərq
HƏMAS israilli girovlarla bağlı bütün ÜMİDLƏRİ QIRDI
"İsrail ordusu Qəzza zolağına təcavüzünü dayandırana qədər İsraillə danışıqlar aparmaq və girovları azad etmək niyyətində deyilik".
Publika.az "Əl-Cəzirə" telekanalına sitinadla xəbər verir ki, bunu Fələstinin radikal HƏMAS hərəkatının üzvü Usamə Həmdan bildirib ki,
"Biz təsdiq edirik ki, xalqımıza və Qəzza zolağına qarşı təcavüz dayanana qədər heç bir danışıqlar və ya əsir mübadiləsi aparılmayacaq.", - Həmdan qeyd edib.
Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bir müddət əvvəl Qəzzada vasitəçilik danışıqlarının İsrail və HƏMAS arasında yeni döyüşlər fonunda hələ də davam etdiyini bildirib. O əlavə edib ki, 1967-ci il sərhədlərinə əsaslanan iki dövlətli həll əsasında fələstinlilər üçün ədalətli və davamlı sülhə səbəb olacaq diplomatik proses başlanmalıdır.
Oktyabrın əvvəlində Fələstin HƏMAS qüvvələri Əl-Əqsa Daşqını" əməliyyatının başladığını elan edərək, İsrailə böyük raket hücumu həyata keçirib. Hücum çərçivəsində minlərlə yaraqlı yəhudi dövlətinin ərazisinə daxil olub, hərbi texnikanı ələ keçirib və yüzdən çox insanı əsir götürüb.
Buna cavab olaraq İsrail HƏMAS-ı məhv edəcəyini vəd edərək Qəzza zolağında "Dəmir Qılınclar" əməliyyatına başlayıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Magazin114:56Nazilə Səfərli tıxacda dava etdi: Özünü kimə göstərirsən? - VİDEO
-
Sağlamlıq14:12Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
-
Sosial13:30Əli Əsədov qərar imzaladı
-
Yaxın Şərq13:00Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq
-
Nida Xəbər 12:31Ermənistanın 20 vətəndaşı Azərbaycana gəldi: Bakıda nə planlaşdırılır?
-
ABŞ11:36Netanyahu bu planı Obamaya da təqdim edibmiş, amma... - Con Kerri sirri açdı







































