ABŞ
"O kişidir" deyənlər axmaqdır, Bricit səndən gözəldir - Tramp kimin bostanına daş atdı?
ABŞ prezidenti Donald Tramp növbəti qalmaqallı açıqlaması ilə gündəmi sarsıdıb.
Publika.az xəbər verir ki, Tramp bu dəfə "Truth Social" platformasında bir vaxtlar müttəfiqi olan sağçı media nümayəndələrini - Taker Karlson, Kendis Ouens, Meqin Kelli və Aleks Consu hədəf alıb.
İranla bağlı xarici siyasət məsələsində yaranan fikir ayrılıqlarına görə keçmiş tərəfdaşlarını sərt tənqid edən Tramp, onlar haqqında ağır ifadələr işlədib: "Onlar axmaq insanlardır, bunu özləri də, ailələri də, hamı bilir!"
Tramp xüsusilə tanınmış fəal Kendis Ouensin Fransa prezidentinin xanımı Bricit Makron haqqında yaydığı konspiroloji (həqiqətə uyğun olmayan) nəzəriyyələrə toxunub.

Ouensin "Bricit Makron əslində kişidir və cinsiyyətini dəyişib" iddiasına reaksiya verən Tramp, Fransa birinci xanımını müdafiə edib: "Dəli Kendis Ouens Fransanın hörmətli birinci xanımının kişi olduğunu iddia edir, halbuki bu yalandır. Ümid edirəm ki, Bricit Makron hazırkı məhkəmə prosesində ondan külli miqdarda təzminat qazanacaq. Ümumiyyətlə, mənim fikrimcə, Fransa birinci xanımı Kendisdən qat-qat gözəl qadındır, onları müqayisə belə etmək olmaz!"
Müəllif: Adəm
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər






































.jpg)
