İrana hücum hazırlığı: baş naziri öldürəcəklər – Saatlar sonra nələr olacaq?
Bizi izləyin

Yaxın Şərq

İrana hücum hazırlığı: baş naziri öldürəcəklər – Saatlar sonra nələr olacaq?

Dünya İsrailin İrana zərbə endirəcəyi gözləntisi ilə yaşayır. Təl-Əviv hücuma hazırlaşdığını bəyan edib, Tehran ordunu 1 nömrəli hazırlıq vəziyyətinə gətirib. Lakin hələ də praktiki addım atılmır.

Publika.az
xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant İranı “ikinci Qəzza ssenarisi” ilə hədələyib.

“İran İsrailə zərbə endirmək istəsə, Qəzza və ya Beyrutla eyni aqibəti yaşayacaq”, - o deyib.

Əlavə edib ki, İranın İsrailə atdığı raketlər hədəfə çatmayıb: “Son raket hücumunda iki hərbi hava bazası hədəfə alınıb, lakin hava qüvvələrinin avadanlığına zərər vurmayıb, heç bir təyyarə zədələnməyib, heç bir hava batalyonu sıradan çıxmayıb”.

İsrailin müdafiə naziri İrana hücum planının hazırlığında

İranın da özünəməxsus cavabı var. SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Netanyahunun odla oynadığını bildirib.

“Düşmənlər odla oynamaq istəsələr, onlara qətiyyətli cavab veriləcək. Biz hazırıq. Planlardan biri odla oynayan Netanyahunun yandırılmasıdır. Bu məqsədlə hətta müxtəlif təlimlərdə məşqlər etmişik”, - SEPAH komandanı bununla İsrail baş nazirinə sui-qəsd planını açıqlayıb.

Dünyanı narahat edən əsas məqam İsrailin İrana məxsus neft infrastrukturuna zərbələr endirməsi ehtimalıdır. Təl-Əvivin cavab planında bu ssenari istisna deyil. İranın neft naziri Möhsün Paknejadın neft ixracı üçün əsas liman şəhərlərindən olan Xərq adasına gəlişi və SEPAH Hərbi Dəniz Qüvvələrinin 4-cü bölməsinin komandiri ilə görüşü bu kontestdə diqqət çəkir. “Tharullah” adlandırılan 4-cü bölmə Cənubi Pars neft platformaları və dəniz obyektləri də daxil olmaqla mühüm bir ərazinin qorunmasına və təhlükəsizliyinə cavabdehdir. Xərq adası isə İranın əsas neft ixracı terminalıdır. İsrail İranın neft infrastrukturuna zərbə endirərərsə, ilk hücum bu adaya edilə bilər.

İranın neft naziri SEPAH komandiri ilə Xərqə mümkün hücumdan necə qorunmağı müzakirə edir

BBC-nin təhlükəsizlik üzrə şərhçisi Frank Qardner hesab edir ki, Xərqin bombalanması mürəkkəb olacaq: “Çünki İsrail təyyarələri ya ərəb ölkələrinin hava məkanından istifadə etməli, ya da bütün Ərəbistan yarımadasından yan keçməlidir ki, bunun üçün də yanacaq doldurmasına ehtiyac yaranacaq”.

Qardnerin fikrincə, İsrail Xərq adasını vurarsa, neftin qiyməti qısa müddətdə artacaq və İran ciddi cavab tədbirləri görəcək.

SEPAH-ın baş komandanının müavini Əli Fədavi də iki gün öncə bununla bağlı xəbərdarlıq etmişdi.

“İsrail səhv etsə, biz bu rejimin bütün enerji mənbələrini, enerji stansiyalarını, bütün neftayırma və qaz yataqlarını hədəfə alacağıq”, - Fədavi deyib.

İsrailin İrana bu gün – məhz HƏMAS-ın ötən il baş verən 7 oktyabr hücumunun ildönümündə edəcəyi, yaxud yaxın günlərdə hərəkətə keçəcəyinə dair müxtəlif məlumatlar var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm