Yaxın Şərq
Suriyada “2254 tapmacası”: ABŞ-ın “atəşkəs planı” nəyə hesablanıb?
Suriyada “Heyət Tahrir eş-Şam” (HTŞ) qruplaşmasının Hələb və Həma şəhərlərində irəliləməsi fonunda bir sual müzakirə edilir: Əsədin devrilməsində maraqlı olan Qərb bu şəhərlərin qruplaşmanın nəzarətində qalmasını qəbul edəcəkmi? Çünki “Əl-Qaidə”nin qanadı “Əl-Nusra” cəbhəsi ilə keçmiş bağlantıları olan HTŞ Qərb ölkələri tərəfindən terror təşkilatı kimi tanınır.
Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Suriya münaqişəsinin yeganə həll yolunun BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarının icrası olduğuna dair açıqlaması bu kontekstdə diqqət çəkir.
2015-ci ildə qərar qəbul edilərkən, İŞİD və “Əl-Nusra” kənarda saxlanılmışdı. “Əl-Nusra”nın yerinə qurulan HTŞ-nin siyasi həll variantında necə qəbul olunacağı mübahisəlidir.
Təqaüddə olan diplomat Uluç Özülker hesab edir ki, ABŞ-ın atəşkəs təklifində müəmmalar var. O, Suriyanın faktiki olaraq üç hissəyə bölündüyünü diqqətə çatdırıb.
“Bu vəziyyətdə ABŞ atəşkəs istəyir. Kim kiminlə atəşkəs bağlayacaq? Rusiya İranla birlikdədir və ABŞ-a düşməndirlər. Deyr əz-Zor bölgəsinə faktiki nəzarət edən ABŞ da Suriya ərazisini zəbt edib. Atəşkəs olduğu vaxt kim nə edəcək? Hara gedəcək? Bu mübahisəli məsələdir. Türkiyənin siyasəti bəllidir. Biz deyirik ki, Suriyanın ərazi bütövlüyü qorunmalı, həll variantında da bu məsələ prioritet olmalıdır”, - deyə o bildirib.
Özülker qeyd edib ki, ABŞ atəşkəs məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxaracaq, lakin Rusiya qarşısında heç nə edə bilməz: “Rusiya və İranın Suriyada böyük maraqları var. Rusiya Suriyadakı iki hərbi bazasından imtina etməyəcək, eyni zamanda, Əsəd rejiminin arxasındakı İran da ikinci planda qalmağı qəbul etməyəcək. Məlumatlara görə, İranın Suriyada 500-ə qədər hərbi bazası, 50 minlik silahlı dəstəsi var”.
Beynəlxalq münasibətlər üzrə mütəxəssis Kamer Kasım isə bu qənaətdədir ki, ABŞ-ın hədəfi Suriyaya daxil olacaq İran hərbi qüvvələridir.
“HTŞ-nin irəliləməsi və Suriya Milli Ordusunun uğurlarından sonra ABŞ anlayır ki, İran bura daha çox hərbi qüvvə gətirəcək. ABŞ isə gələcək qüvvələri vuracaq. Düşünürəm ki, BMT-nin atəşkəs qərarı praktiki müstəvidə işləməyəcək. Qısa müddətdə ola bilər ki, atəşkəs olsun, amma uzunmüddətli olacağını düşünürəm”, - deyə mütəxəssis diqqətə çatdırıb.
Asif
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...




















.jpg)















