Yaxın Şərq
PKK/YPG-nin nəzarətində olan Mənbic də ƏLƏ KEÇİRİLDİ
Suriyada hakimiyyəti ələ keçirən üsyançılar respublikanın şimalında PKK/YPG-nin nəzarətində olan Mənbic şəhərinə daxil olublar.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Telekanalın istinad etdiyi mənbənin verdiyi məlumata görə, silahlılar terrorçuları şəhərin mərkəzindən qovublar. Əməliyyat aviasiyanın dəstəyi ilə baş tutub.
Xatırladaq ki, noyabrın 28-də silahlı Suriya müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçiblər. Onlar Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Hüms və Həmaya daxil olublar.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər.
Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb. Daha sonra Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Əsəd dövlət başçısı postunu tərk etmək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək Suriyanı tərk edib.
Hüseyn İbadlı
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)












.jpg)








