Yaxın Şərq
"Mossad"ın "peycer əməliyyatı"nın şok detalları açıqlandı: Düz 10 il...
İsrail Xarici Kəşfiyyat Xidmətinin (Mossad) keçmiş yüksək vəzifəli məmuru yerli mətbuata mühüm açıqlamalar verib. "Mossad"ın sabiq rəsmisinin verdiyi məlumata görə, Livanda peycerlərin partlaması ilə nəticələnən hücum təşkilat tərəfindən çoxdan planlaşdırılıb.
Publika.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-a danışan kəşfiyyatçı hücum əməliyyatı üçün köhnə model peycerlərdən istifadə edildiyini açıqlayıb.
O bildirib ki, seçim diqqətlə nəzərdən keçirilib:
“Əməliyyat 10 ildən çox planlaşdırma tələb etdi. Hədəfə müştəri ilə etimadın yaradılması, texnologiyanın inkişafı və düşmənin şübhəsinə yol vermədən məsafənin saxlanması daxildir".
Qeyd edək ki, sentyabrın 17-də Livanda "Hizbullah" üzvlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib. Partlayışlarda ikisi uşaq olmaqla 12 nəfər ölüb, 300-ə yaxını ağır olmaqla 2800-ə yaxın insan yaralanıb. Sentyabrın 18-də ölkədə bir çox radiostansiyanın partlaması nəticəsində 25 nəfər ölüb, 450-dən çox insan yaralanıb.
“New York Times” qəzetində çıxan xəbərdə İsrailin hücum üçün şirkət qurduğu yazılıb.
Aysel Şahmar
-
Sosial02:12“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI




































