Yaxın Şərq
HƏMAS-ın maliyyə sistemi məhv edildi: Maaş verməyə PUL TAPMIR
Fələstinin HƏMAS hərəkatı İsrailin humanitar yardımı blokadaya alması və əsas maliyyəçilərin məqsədyönlü şəkildə öldürülməsi səbəbindən ağır maliyyə böhranı ilə üzləşib.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Nəşr kəşfiyyat xidmətlərinə istinadən yazıb ki, təşkilat döyüşçülərə və məmurlara maaş verə bilmir.
Ramazan ayının ortalarında bir çox Qəzzalı dövlət işçisi maaşsız qalıb və HƏMAS-ın yüksək səviyyəli üzvləri maaşlarının yalnız yarısını alıblar.
Məlumatda bildirilir ki, hərəkat əvvəllər humanitar və kommersiya mallarının yenidən satışı, sektora idxal olunan mallara vergilər, həmçinin Qərbi Afrika, Cənubi Asiya və Böyük Britaniyadan ianələr hesabına maliyyələşdirilib. Bunun sayəsində HƏMAS 500 milyon dollara yaxın vəsait toplayıb. Vəsaitin böyük hissəsi Türkiyədə saxlanılıb. Bununla belə, 2024-cü ilin martında hərbi əməliyyatların bərpası və İsrailin məhdudiyyətlərini sərtləşdirməsi maliyyə axınını zəiflədib.
Qeyd olunur ki, gəlirlərin azalması hərəkatın davamlılığını təhdid edir, yeni döyüşçülərin cəlb edilməsini çətinləşdirir və mövcud üzvlərin sədaqətini şübhə altına alır. Bundan əlavə, İsrailin əsas maliyyə koordinatorlarını sıradan çıxarması HƏMAS-ın maliyyə əməliyyatları sistemini məhv edib. Nəticədə təşkilat yeni maliyyə mənbələri axtarmağa məcburdur, lakin blokada və beynəlxalq təzyiq altında onun imkanları son dərəcə məhduddur.
Adəm
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin






































