Yaxın Şərq
Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl 500 min dollar pul, qiymətli əşyalar, sənədlər, notbuklar və məxfi məlumatlar olan diskləri özü ilə götürə bilib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" 14 Suriya rəsmisinə, keçmiş liderə yaxın mənbəyə, peyk görüntüləri, uçuş izləmə məlumatları və "WhatsApp" yazışmalarına istinadən məlumat yayıb.
Məlumata əsasən, Əsədin iqtisadi məsələlər üzrə müşaviri Yasar İbrahim keçmiş prezidentin əmlakını, qohumlarını və köməkçilərini BƏƏ-yə aparmaq üçün istifadə edilən "Embraer Legacy 600" təyyarəsini icarəyə götürüb. Əsəd rejiminin süqutuna qədər 48 saat ərzində təyyarə dörd uçuş həyata keçirib.
Dəməşqdən Əbu-Dabidəki Əl-Bətin hava limanına ilk iki reys dekabrın 6-da həyata keçirilib. Həmin vaxt Əsəd ailəsinin üzvləri özləri ilə nağd pul, eləcə də rəsm əsərləri və kiçik heykəllər götürərək Suriyanı tərk ediblər. "Embraer" içərisində nağd pul olan çantalar, habelə maliyyə qeydləri, görüşlərin protokolları, eləcə də pul köçürmələri və ofşor hesabların təfərrüatı olan disklər və elektron qurğularla birlikdə dekabrın 7-də axşam saatlarında Suriya paytaxtından havaya qalxıb.
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin






































