Yaxın Şərq
"Gideonun arabaları" HƏMASI YOLA GƏTİRDİ - Dohaya gedirlər
Fələstinin radikal HƏMAS hərəkatının nümayəndə heyəti Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair razılaşmanı müzakirə etmək üçün Dohada danışıqları bərpa edib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz məlumat verib.
O bildirib ki, bu, İsrailin Fələstin anklavında "Gideonun arabaları" adlı hərbi əməliyyatın birinci mərhələsinə başlamasından sonra baş verib
“İsrail Müdafiə Qüvvələrinin Qəzzada böyük güclə həyata keçirdiyi "Gideonun arabaları" əməliyyatının başlaması ilə Dohadakı HƏMAS nümayəndə heyəti, bu nöqtəyə qədər qəbul etmədiyi barışmaz mövqedən fərqli olaraq, girovların azad edilməsinə dair razılaşma üzrə danışıqlara qayıtdığını elan etdi”, - o bildirib.
Mayın 14-də ABŞ-ın xüsusi nümayəndəsi Steven Vitkoff və HƏMAS rəsmiləri İsrail girovlarının azad edilməsi məsələsini müzakirə etmək üçün bir araya gəliblər. Danışıqlar Qətərin paytaxtı Dohada baş tutub. Vitkoffdan başqa, Amerika tərəfini ABŞ Prezidentinin girovların işi üzrə elçisi Adam Behler təmsil edib. Fələstin tərəfini HƏMAS-ın yüksək səviyyəli üzvləri Məhəmməd Dərviş, Xəlil əl-Həya və Zahir Cabarin təmsil edib.
Hüseyn İbadlı
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar













.jpg)























