Yaxın Şərq
PKK-nın qərarına tabe olmadılar: Silahlarımızı yerə qoymayacağıq
PKK Abdullah Öcalanın çağırışı ilə dağılaraq silahı yerə qoyduqdan sonra bütün gözlər təşkilatın başqa ölkələrdəki qollarına yönəlib.
Publika.az xəbər verir ki, PKK-nın Suriya uzantısı PYD/YPG/SDF Əsəddən sonra qurulan Əhməd Şaraanın başçılıq etdiyi yeni Dəməşq rəhbərliyi ilə masa arxasına oturaraq 8 maddəlik müqavilə imzalayıb. Bu çərçivədə YPG/SDF silahlarını Suriya rəhbərliyinə təhvil verəcək və yeni qurulan Suriya ordusuna inteqrasiya edəcəklər.
PKK-nın İran uzantısı PJAK, təşkilatın qərarına baxmayaraq silahlarını yerə qoymayacaqlarını açıqlayıb.
Terrorçuların lideri Abdullah Öcalanın çağırışını “ümumiyyətlə Yaxın Şərqdə kürd probleminin həlli üçün mühüm və müsbət addım” olaraq gördüklərini ifadə edən PJAK həmsədri Əmir Kərimi Tehrana qarşı silahlı mübarizəni davam etdirəcəklərini bildirib: "Biz PJAK olaraq silahlarımızı yerə qoymayacağıq. Bu məsələ ilə bağlı qərar başqadır".
2004-cü ildə fəaliyyətə başlayan PJAK İran-İraq sərhədindəki dağlıq ərazilərdə İran təhlükəsizlik qüvvələri ilə toqquşmalara başlayıb. PJAK-ın 2-3 min üzvü olduğu təxmin edilir. O, Tehran, Ankara və Vaşinqton tərəfindən “terror təşkilatı” hesab edilir.
Akqabay
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi




















.jpg)
















