Yaxın Şərq
Yaxın Şərqin səması boş qaldı: Bu ölkə də hava məkanını bağladı - FOTO
İsrailin İrana hücumu səbəbindən bütün mülki təyyarələr bölgədən yayındığından, Yaxın Şərqin səması boş görünür.
Publika.az xəbər verir ki, bu barədə dünya mətbuatı yazır.
İsrail, İran və İraqın hava məkanı bağlandıqdan sonra İordaniya hakimiyyəti də eyni qərarı qəbul edib.
Bu cür tədbirlər İsrail və İran arasında zərbələrin “mübadiləsi” zamanı mülki təyyarələrin vurulması riskini azaltmaq məqsədi daşıyır. Hava limanlarında gecə reysləri ləğv edilib.
Qeyd edək ki, İsrailin hərbi hava qüvvələri İran ərazisinə irimiqyaslı hava zərbələri endirib. Nüvə obyektlərinə, İranın yüksək rütbəli hərbçilərinin evlərinə və yaşayış məntəqələrinə beş hücum dalğası qeydə alınıb. Ölənlər və yaralananlar var.
Xatırladaq ki, İsrailin zərbələrinə cavab olaraq İran yüzdən çox pilotsuz uçan aparat buraxıb. İsrail isə onların vurulması üçün addımlar atdığını bildirib.
Adəm

-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı









.jpg)




.jpg)


.jpg)
.jpg)








.jpg)




.jpg)



