Yaxın Şərq
Bu ölkələr birləşəcək, İran parçalanacaq - Rusiyadan ŞOK PROQNOZ
İsraillə İran arasında gərginliyin artması nəticəsində Qərb dövlətləri İran rejimini devirmək planını həyata keçirə biləcəklər. Bu, İranda vətəndaş müharibəsinə, xaosa və ölkənin parçalanmasına gətirib çıxara bilər.
Publika.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Raket zərbələri mübadiləsi bir neçə həftə davam edəcək. Bundan sonra atəşkəs əldə olunacaq", - Markov proqnoz verib.
O qeyd edib ki, İran çox güman ki, ABŞ modeli əsasında nüvə sazişi ilə razılaşacaq və sazişin hazırlanmasında ABŞ-dan əlavə Rusiya və Səudiyyə Ərəbistanı da iştirak edəcək. Razılaşmanın şərtlərinə görə, İran uranın zənginləşdirilməsini dayandıracaq, sanksiyalar aradan qaldırılacaq və İranın nüvə stansiyaları üçün zənginləşdirilmiş nüvə yanacağı Rusiyada istehsal edilərək saxlanılacaq.
Bununla belə, politoloq hesab edir ki, bundan sonra “İranda molla rejiminin devrilməsinə hazırlıq” başlayacaq. O əlavə edib ki, burada ABŞ, Avropa, İsrail və bəzi ərəb ölkələri iştirak edəcək.
Markov vurğulayıb ki, İranda dövlət çevrilişi hakimiyyətdəki liberallara və xaricdən rejimin iranlı əleyhdarlarına dəstək xətti ilə gedəcək, quru işğalı olmayacaq, əksinə daxili qarışıqlıq və döyüşlər olacaq.
"İran bölünəcək", - deyə Markov fikrini yekunlaşdırıb.
Adəm
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı









.jpg)




.jpg)


.jpg)
.jpg)








.jpg)




.jpg)



