Yaxın Şərq
İranın nüvə silahı hazırladığına dair sübut var? - Rəsmən açıqlandı
İranın nüvə silahı hazırladığına dair konkret sübut yoxdur.
Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.
O vurğulayıb ki, MAQATE siyasi deyil, təftiş orqanıdır və silahların hazırlanması ilə bağlı iddialar agentlikdə hələlik olmayan ciddi sübutlar tələb edir. Eyni zamanda, o, xüsusilə İranın uranı silah gücünə yaxın səviyyəyə qədər zənginləşdirməsini nəzərə alaraq, vəziyyətin ciddi narahatlıq doğurduğunu etiraf edib.
MAQATE rəhbəri qeyd edib ki, İran nümayəndələri nüvə silahının yaradılmasının İslam prinsipləri ilə bir araya sığmadığını dəfələrlə bəyan ediblər. Bununla belə, o, bəzi rəsmilərin İranın bütün lazımi texnologiyalara malik olması ilə bağlı açıqlamalarına da diqqət çəkib.
"Beləliklə, bir çox qeyri-müəyyənlik var və bu heç vaxt yaxşı bir şey deyil", - deyə Qrossi bildirib.
O, həmçinin İrandakı nüvə obyektində radioaktiv çirklənmə barədə məlumat verib.
Adəm
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ













.jpg)







.jpg)














