Yaxın Şərq
Sensasion iddia: İrana qarşı yeni plan - İsrail xüsusi təyinatlılarını yeridir
ABŞ zərbə endirməkdən imtina edərsə, İsrail İranın Fordodakı nüvə obyektinə xüsusi təyinatlılarını göndərə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın zərbənin lehinə qərar verəcəyinə inanır. Eyni zamanda, onlar hətta təkbaşına Fordo obyektinə ciddi ziyan vura biləcəklərini iddia edirlər.
Fordoda dağda yerləşən obyekt uranın zənginləşdirilməsi zavodudur.
“Axios” qeyd edir ki, İsrailin baş naziri Benyamin Netanyahu və Vaşinqtondakı səfir Yehiel Leyter son müsahibələrində İD-nin hava hücumlarından başqa seçimləri olduğuna da eyham vurublar.
Onlardan biri, nəşrə görə, riskli xüsusi təyinatlı əməliyyatdır. Məlumata görə, İsrail xüsusi təyinatlıları belə bir əməliyyatı 2024-cü ilin sentyabrında daha kiçik miqyasda da olsa, artıq həyata keçirib. Əsgərlər Suriyada yeraltı raket istehsalı zavoduna partlayıcılar yerləşdirərək məhv ediblər.
Bu məqamda İsrailin İran hava məkanına tam nəzarəti ələ keçirməsi və İran ordusuna ciddi zərbə vurması ilə xüsusi təyinatlılar seçimi daha az ekstremal görünür.
“İsraillilər Tramp administrasiyasına bildiriblər ki, bombalar dağa kifayət qədər dərinlikdə nüfuz etməsə, onlar bunu xüsusi təyinatlılarla edə bilərlər” – ABŞ rəsmisi nəşrə deyib.
Tural
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ













.jpg)







.jpg)














