Yaxın Şərq
Trampın ismarışı boşa çıxdı: İsrail son qoymaq istəyir, İran isə...
Birləşmiş Ştatlar ərəb rəsmilərindən İsrailin münaqişəyə tezliklə son qoymaq istədiyini İrana çatdırmağı xahiş edib. Tehran isə Amerikanın öz ərazisindəki zərbələrinə cavab verməyə "məcbur olduğunu" bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" rəsmilərə istinadən yazıb.
Nəşrin yazdığına görə, İsrail İranla münaqişəni “tezliklə” bitirməyə can atır və yaxın günlərdə İran hədəflərinə zərbələri tamamlayacağı gözlənilir.
"ABŞ bölgədəki ərəb rəsmilərinə bildirib ki, İsrail döyüşlərin tezliklə bitməsini istəyir və onlardan bu mesajı İrana çatdırmağı xahiş edib. İran cavab verib ki, hələ geri çəkilməyə hazır deyil, lakin ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna cavab vermək məcburiyyətində olduğunu hiss edib", - nəşr yazıb.
İsrail rəsmiləri ABŞ-ın zərbələrindən sonra İranın danışıqlar masasına oturacağına ümid etdiklərini bildiriblər. Amma onlar deyirlər ki, əgər İran İsrailin hədəflərini vurmağa davam edərsə, İsrail İrana zərbələr endirməyə davam edəcək.
Qeyd edək ki, ABŞ iyunun 22-nə keçən gecə İranın Natanz, Fordov və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. Hücum İranın nüvə proqramını məhv etmək və ya ciddi şəkildə zəiflətmək üçün nəzərdə tutulub.
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Tehran “bu müharibəyə son qoymağa” razılaşmalı, əks halda daha ciddi nəticələrlə üzləşməlidir.
İranın Atom Enerjisi Təşkilatı İranın nüvə sənayesinin inkişafının dayandırılmayacağını bildirib.
ABŞ-ın hücumu beynəlxalq aləmdə əks reaksiyaya səbəb olub.
BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın zərbələrini regionda təhlükəli eskalasiya və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid adlandırıb.
Adəm
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ


















.jpg)
















