Nəqliyyat
“Ağ şəhər” metro stansiyası tikiləcək
Bakının ən iri layihəsi “Ağ şəhər”in reallaşdırılması tam sürətlə davam edir.
Publika.az xəbər verir ki, bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Onun sözlərinə görə, 221 hektar ərazini əhatə edən “Ağ şəhər”in hüdudları Nobel prospekti və Yusif Səfərov küçəsi istiqamətindən aydın görünür:
“Əvvəllər sənaye zonası hesab olunan bu ərazidə təmizləmə, təkrar planlaşdırma, kommunikasiya xətlərinin çəkilməsi, yol şəbəkəsinin qurulması işləri aparılıb. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respubikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər Planı”nın təsdiq olunması barədə sərəncamı çərçivəsində reallaşdırılan irimiqyaslı şəhərsalma layihələrindən biridir”.
O qeyd edib ki, tikinti işlərində nüfuzlu xarici şirkətlər iştirak edir:
D.Dövlətxanov bildirib ki, hazırda bu ərazidə yerləşən köhnə tikililərin böyük əksəriyyəti sökülüb:
“Şəhərin bu hissəsindəki bulvar ərazisi qabaqcıl xarici təcrübədən istifadə olunmaqla faktiki abadlaşdırılıb. İstisna deyil ki, gələcəkdə, bulvarın ərazisinin genişlənəcəyi təqdirdə köhnə tikililərin söküntüsü davam etsin”.
Komitə sədrinin müavini əlavə edib ki, layihəyə əsasən bu ərazidə “Ağ şəhər” metro stansiyası da tikiləcək.
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır


































.jpg)

.jpg)