Nəqliyyat
Hava nəqliyyatı ilə yükdaşımaların həcmi artdı
Dünyada hava nəqliyyatı ilə yükdaşımaların həcmi 2021-ci ilin sentyabr ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən 9,1 faiz, 2020-ci ilin müvafiq dövrünə isə nisbətən 15,1 faiz artıb.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Asosiasiyasının (IATA) mətbuat üçün açıqlamasında bildirilir.
Sənədə görə, sözügedən artım Afrika ölkələrində 32,8 faiz, Şimali Amerikada 22,6 faiz, Yaxın Şərqdə 17,6 faiz, Avropada da 5,9 faiz olub. Əksinə, Latın Amerikası regionunda yükdaşımalar 15,7 faiz, Asiya-Sakit okean regionunda da 0,2 faiz azalıb.
Eyni zamanda, sərnişin daşımalarının 2021-ci ilin sentyabrındakı həcmi 2019-cu ilin müvafiq dövrünə nisbətən 53,4 faiz az olub (avqust ayları üçün fərq 56 faizdir). O cümlədən beynəlxalq sərnişindaşımaların həcmi sözügedən müddət ərzində 69,2 faiz, daxili daşımaların həcmi də 24,3 faiz azalıb. Bu azalma Asiya – Pasifik regionu ölkələrində 69 faiz, Yaxın Şərqdə 65,9 faiz, Afrikada 61,4 faiz, Avropada 50,3 faiz, Latın Amerikasında 39,4 faiz, Şimali Amerikada da 30,5 faiz təşkil edib.
IATA baş direktoru Uilli Uolş qeyd edib ki, yükdaşımada hazırda yaşanan yüksək gərginlik mövcud tələbatı tam həcmdə qarşılamağı əngəlləyir. Onun fikrincə, tədarük zəncirində baş verən fasilələr aradan qaldırılmasa, pandemiya şəraitində iqtisadiyyatın dirçəlişi ləngiyə bilər.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)