Nəqliyyat
Paytaxtın iflic edilmiş İCTİMAİ NƏQLİYYATI: Çıxış yolu varmı? - İRAD və TƏKLİFLƏR
Dərslər başlayandan paytaxtın ictimai nəqliyyatında ciddi problemlər yaşanıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyindəki şirkətlərə, eləcə də “BakuBus” MMC-yə məxsus marşrut avtobuslarının sayı kəskin azaldılıb. Bu azalma özünü daha çox Bakıətrafı kəndlərə və əks istiqamətdəki xətlərdə büruza verir.
Bəs problemin əsas səbəbi nədir? Marşrut avtobuslarının sayı niyə azaldılıb?
Mövzu ilə bağlı fikirlərini Publika.az-a açıqlayan sosioloq Elçin Bayramlı problemin BNA tərəfindən sanki qəsdən yaradıldığını bildirdi:
“Ortada konkret faktlar var. Avtobusların yarıdan çoxu qarajlarda saxlanılır. Həmin ərazidə yaşayan sakinlər bunu açıq görür və bizə məlumat verirlər. Hər gün minlərlə insan dayanacaqlarda on dəqiqələrlə avtobus gözləyir. Xətdəki mövcud avtobuslar sərnişinlə dolu hərəkət edir. Eyni problem metro stansiyalarında da müşahidə edilir. Yerüstü sərnişindaşınmanın iflic olması bütün yükü Bakı metropolitetinin üzərinə salır. Fikir vermisinizsə, artıq perrona düşmək çətinləşib, platformalarda basırıqdır. Amma metropoliten öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, çətin vəziyyətdən çıxa bilir. İş o yerə gəlib ki, əhali taksi xidmətlərindən istifadəyə məcbur qalıb”.
Problemin BNA-nın yaranması ilə eyni vaxtda başladığını söyləyən sosioloq bu qurumun əvvəlcə marşrut xətlərinin sayını azaltdığına diqqət çəkdi:
“Əvvəllər şəhərin bir yerindən digərinə bir avtobusla getmək olurdu, indi bu mümkün deyil. Ən azı iki marşrut dəyişməlisən. Bunu ona görə etdilər ki, dövriyyəyə daha çox pul gəlsin. İndi reallıq odur ki, avtobusların sayı azaldılıb, onların paylanması düzgün aparlmayıb. Paytaxtın yerüstü nəqliyyat sistemi tamamilə iflic vəziyyətdədir. Marşrut xətləri xaotik, yanlış prinsiplə qurulub. Şərti olaraq 100 şərnişini iki avtobusla deyil, bir avtobusla daşıyırlar ki, az xərclə daha çox qazanc əldə etsinlər. Hərdən xərclərin çoxluğunu bəhanə gətirirlər. Amma bu belə deyil, sıxılmış qazla işləyən avtobusların sayı artdığı üçün xərclər də azalıb. Bu yanacaq benzinə nisbətən iki dəfə daha sərfəlidir. Buna görə də gediş haqqının artırılması yox, azaldılması labüdləşib”.
Yerüstü sərnişindaşımanın şəhərin “şah damarı” olduğunu deyən ekspertin sözlərinə görə, bu sistemi iflic halına salmaq olmaz:
“Bu, sosial problem olmaqla yanaşı, ölkə iqtisadiyyatına da zərər vurur. Şəhər nəqliyyatı biznes strukturu deyil, paytaxtın sosial həyatında əsas ictimai xidmət sahəsidir. Digər paytaxt şəhərlərindən fərqli olaraq, Bakının tramvay, trolleybus və şəhərarası elektrik qatar sistemi kimi nəqliyyat növləri sıradan çıxarılıb və yürüstü nəqliyyat yalnız avtobusların ümidinə qalıb. Hökumət bu problemi təcili və kökündən həll etməlidir”.
Nəqliyyat sahəsi üzrə mütəxəssis Eldəniz Cəfərov Publika.az-a açıqlamasında paytaxtda sərnişindaşımada özəl şirkətlərin çoxluq təşkil etdiyini və onların sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdırdı:
“Hazırda ictimai nəqliyyatdakı problem süni şəkildə yaradılır və gediş haqqının qaldırılması məqsədini güdür. Yəni, problemi sərnişindaşımaya məsul şəxslər bilərəkdən yaradır. Bir neçə gün öncə 19 özəl nəqliyyat şirkəti bir araya gələrək Tarif Şurasına, İqtisadiyyat Nazirliyinə müraciət ünvanladı və ictimai nəqliyyatda gedişhaqqının artırılmasını xahiş etdi. Əslində buna ehtiyac yoxdur, çünki pandemiya dövrü hələ başa çatmayıb. Ən azı pandemiya bitənə qədər bunu yaddan çıxarsınlar. Əgər ictimai nəqliyyatda qiymətlər qaldırılsa, cəmiyyətin həssas təqəbəsi üçün müəyyən güzəştlər edilməlidir. Bu gün yalnız polislər nəqliyyatdan pulsuz istifadə edir. Bu problemi də aradan qaldırmaq lazımdır”.
Ekspertin fikrincə, Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi yaranmış problemlə bağlı açıqlama verməlidir:
“Bilərəkdən avtobusları xəttə buraxmayan şirkətlər barədə ölçü götürülməlidir. Avtobusların sayının azaldılması əhalinin saatlarla yollarda qalmasına və haqlı narazılığa səbəb olur. Üstəgəl, ölkə iqtisadiyyatına böyük zərbə vurulur”.
P.S: Ümid edirik ki, Bakının ictimai nəqliyyatına məsul qurumlar və şəxslər yaranmış vəziyyətlə bağlı müvafiq izahat verəcək, problemin səbəbini açıqlayacaqlar.
Mövzu ilə bağlı rəsmi sorğumuza neçə gündür cavab verməyən BNA rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Rövşən Ziya
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...