Nəqliyyat
Qadağa TIXACDAN çıxış yoludurmu? - Ekspert rəyi
Dünəndən etibarən çoxtonajlı yük maşınlarının paytaxta girişinə yeni məhdudiyyət tətbiq olunub.
"Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi 27 oktyabr 2022-ci il tarixindən xüsusi təyinatlı, o cümlədən, qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük maşınlarının səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük maşınlarının isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub".
Bakının yollarında hər gün üşləşdyimiz və paytaxt sakinlərinin rahatlığını ciddi şəkildə pozan tıxac problemi son vaxtlar danışılan əsas mövzulardandır. Komissiyanın çoxtonajlı yük maşınlarının sutkanın müəyyən saatlarında paytaxta girişini yasaqlaması barədə qərarı vəziyyətdən çıxış yoludurmu? Bu qadağa yollardakı nəqliyyat sıxlığını aradan qaldıracaqmı?
Bu barədə Publika.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov hesab edir ki, qəbul edilmiş qərar Bakının yollarında nəqliyyatın intensivliyinin aradan qaldırılmasına qismən təsir göstərə bilər:
“Belə bir qadağa ilk dəfə 2015-c ildə Bakıda keçirilən Avropa Oyunları ilə bağlı qoyulub. Yəni, paytaxt daxilində yük maşınlarının hərəkətinin məhdudlaşdırılması qərarı yeddi ildir qüvvədədir. Amma qadağanın müddəti az olduğundan tıxacları önləmək çətindir. Düşünürəm ki, çoxtonajlı maşınların paytaxta girişinə məhdudiyyətin artırılması yollardakı intensivliyi qismən aradan qaldırmağa təsir göstərəcək”.

“Ölkəyə gətirilən avtomobillərin tıxaclarda böyük payı var”
Təkcə cari ildə ölkəyə 55 mindən çox avtomobilin gətirildiyini söyləyən ekspert bunun kifayət qədər böyük rəqəm olduğunu vurğuladı:
“Ölkədə milyon yarımdan çox nəqliyyat vasitəsi var. İqtisadiyyat inkişaf etdikcə, insanlarımızın rifah halı yüksəldikcə, gəlirləri çoxaldıqca bu tendensiya da artacaq. Yəni, konkret Bakıda tıxac probleminin köklü həlli üçün bəzi alternativ variantlar irəli sürülməlidir. İndi yenidən tramvay xətlərinin çəkilməsi ilə bağlı təkliflər səslənir. Amma bunu da bütün istiqamətlər üzrə tətbiq etmək qeyri mümkündür. Çünki, artıq şəhər böyüyb, yüksək mərtəbəli binalar tikilib, yolları genişləndirmək imkanı da yoxdur. Ola bilsin, bəzi yerlərdə mümkündür, amma bütün şəhər üzrə bunun edilməsi real görünmür. Həmçinin nəzərə alaq ki, Bakının relyefi mürəkkəbdir, yollarda hərəkət qrafikinə əlavələr etmək çətindir. Digər tərəfdən, fərqli ictimai nəqliyyat vasitələri lazımdır. Biz təklif edirik ki, ictimai nəqliyyat üçün ayrıca zolaqlar çoxaldılsın, avtobusların maneəsiz, rahat hərəkəti təmin edilsin”.
Ayşən Rəhim
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


