Nəqliyyat
Bu yolda qaydalar dəyişdi: sola və geriyə dönənlər cərimələnir - VİDEO
Papanin körpüsü kimi tanınan yolayrıcında hərəkətin təşkilinə dəyişiklik edilib.
Publika.az "Avtosfer"ə istinadla xəbər verir ki, əvvəllər Əbdülvahab Salamzadə küçəsinin kənar yolu ilə hərəkət edən zaman yolayrıcında hərəkət yalnız sağa təşkil edilmişdi. Sürücülər Ziya Bünyadov prospekti və 3-cü mikrorayon dairəsi istiqamətinə getmək üçün sağa - Ceyhun Səlimov küçəsinə dönürdülər və qarşıdakı geriyə dönmə yerindən istifadə edərək bu istiqamətlərdə hərəkət edirdilər. Lakin dəyişiklikdən sonra sürücülər digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol vermək şərtilə həm düzünə, həm də sola dönə bilirlər.
Dəyişikliklərdən biri də Ceyhun Səlimov küçəsində baş verib. Belə ki, C.Səlimov küçəsi ilə hərəkət edən sürücülər əvvəl körpünün altından sola - Əbdülvahab Salamzadə küçəsinə dönə bilirdi. Dəyişiklikdən sonra həmin kəsişmədə düzünə hərəkət təşkil edilib. Oradan sola dönən sürücülər yol polisi əməkdaşları tərəfindən cərimələnir.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































