Nəqliyyat
Avropanın uçan taksi xəyalı bu səbəbdən çökdü
Avropada inqilabi nəqliyyat vasitəsi kimi görülən elektrikli uçan taksilər maliyyə çətinlikləri səbəbindən gözlənilən sürətlə inkişaf edə bilmir. Xüsusilə Almaniyada fəaliyyət göstərən “Volocopter” və “Lilium” kimi şirkətlər ciddi nağd pul problemi ilə üzləşirlər.
Publika.az xəbər verir ki, “Volocopter” builki Paris Olimpiadasında iki nəfərlik elektrikli “VoloCity” təyyarəsini buraxmağı planlaşdırırdı. Lakin bu vizyonu həyata keçirmək mümkün olmayıb.
Şirkət aprel ayında Almaniya hökumətindən 100 milyon avro kredit almaq üçün cəhdlər edib, lakin bu cəhdi uğursuz olub.
İndi “Volocopter” Çin avtomobil istehsalçısı “Geely”nin 95 milyon dollarlıq sərmayə müqabilində şirkətdə 85 faiz pay alacağını gözləyir. “Bloomberg”in məlumatına görə, bu razılaşma əldə olunarsa, gələcək istehsal Çinə keçə bilər.
Uçan taksilərin ilk marşrutlarının hava limanları və şəhər mərkəzləri arasında olması gözlənilir. Ancaq gəlirliliklə bağlı ciddi narahatlıqlar var. Batareyaların tez-tez dəyişdirilməsi və pilot xərcləri əməliyyat xərclərini artırır.
Aysel Şahmar
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO









.jpg)





























