Nəqliyyat
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, qar və yolların buz bağlaması ehtimalı ilə əlaqədar olaraq sürücülərə müraciət edir.
Publika.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Müraciətdə deyilir: "Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 40-cı km-dən, Bakı-Şamaxı-Yevlax yolunun 35-ci km-dən, Ələt-Astara-İran sərhədi yolunun 12-ci km-dən, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65 km-dən başlayaraq, eyni zamanda Gəndob-Yalama avtomobil yolunda və Ağsu aşırımında intensiv qar yağışı müşahidə olunur. Nəticədə yolların hərəkət hissəsində qar örtüyü əmələ gəlib və bəzi yerlərdə buzlaşma ehtimalı yüksəkdir".
Belə hava şəraitində xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda və körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.
DYP əməkdaşları qeyd olunan ərazilərdə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir, təhlükəsizlik məqsədilə texnika və yol təsərrüfatı qurumları ilə birgə tədbirlər görür.
Lakin sürücülərin də maksimum ehtiyatlı olması və aşağıdakı qaydalara ciddi riayət etməsi vacibdir:
DİN sürücülərə aşağıdakı mühüm tövsiyələri verib:
- Avtomobillərin texniki vəziyyətini yoxlayın, qış təkərlərindən istifadə edin.
- Sürət həddini azaldın, ötmə və digər kəskin manevrlərdən çəkinin.
- Yolların buz bağlaya biləcəyini nəzərə alaraq, ara məsafəsini qoruyun.
- Hava və yol şəraiti ilə bağlı məlumatları izləyin.
- Zərurət olmadıqca sözügedən istiqamətlərdə hərəkət etməyin.
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı











.jpg)























