Nəqliyyat
Bakıda taksilərin qiyməti qalxdı - Sərnişinlər 35-40 manat ödəməlidirlər
Bakıda taksi şirkətləri qiymətləri qaldırıblar.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, adi günlərdə 5-7 manata gedilən məsafələrin gedişhaqqı hazırda 26-28 manat arasında dəyişir.
Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 35-40 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 13-17 manat təşkil edirdi.
Bundan başqa, fevralın 23-də günün ikinci yarısından Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 15-20 dəqiqə gözləməli olurlar.
Taksi xidməti göstərən operatorlar isə qiymət artımının səbəbləri barədə açıqlama verməyiblər. Görünür bu, Bakıda hava şəraitinin qarlı və şaxtalı keçməsi ilə bağlıdır.
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)






































