Nida.az
İlham Əliyev məşhur şairə məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şair Oljas Süleymenova məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda bunlar yer alıb:
“Əziz Oljas Süleymenov!
Sizi – müasir ədəbiyyatın görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 80 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə səmimi qəlbdən xoşbəxtlik, cansağlığı, uzun ömür və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hələ gənclik illərinizdə Sizə böyük populyarlıq gətirən poetik istedadınız fikrin dərinliyi və poetik dilin bənzərsizliyi ilə həmişə oxucuları cəlb edib. Poeziyanıza xas olan gerçəkliyin fəlsəfi qavranışı Sizin nəsrinizdə, publisistikanızda və kino dramaturgiyanızda daha da inkişaf edib.
Bütün Azərbaycan xalqı üçün Siz ilk növbədə 1990-cı ilin Qanlı Yanvar hadisələri dövründə itkilərimizin bütün ağırlığını bizimlə bölüşən və öz ictimai fəaliyyətində Azərbaycan gerçəkliklərini son dərəcə obyektiv işıqlandıran bir insansınız. Antinüvə hərəkatında Sizin parlaq vətəndaş mövqeyiniz dünyada nüvə silahı sınaqlarının qadağan edilməsi uğrunda mübarizədə, heç şübhəsiz, öz rolunu oynayıb.
Müxtəlif xalqların tarixinə və ədəbiyyatına yeni yanaşmaların formalaşmasının zəruriliyi barədə Sizin qeyri-ordinar ideyalarınız mədəniyyətlərarası dialoqa layiqli töhfə verib. BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçirilən VII Qlobal Forumunda iştirakınız bir daha göstərdi ki, yarım əsrdən artıq müddətdə yaradıcılığınıza nüfuz etmiş mədəniyyətlərin qarşılıqlı mənəvi təsiri və bir-birini zənginləşdirməsi ideyası Sizə əvvəlki kimi yaxındır.
Sizə uğurlar diləyirəm”.
-
Ekologiya20:00Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA
-
İdman19:48Ərəb investorları Rusiya klubunu almaq istəyirlər
-
Magazin119:24Samirə Milan küçələrində pozalar verdi - FOTO
-
Sosial18:12Azərbaycanda 9 nəfər bu əməllərinə görə SAXLANILDI
-
İqtisadi gündəm17:59Azərbaycan İnvestisiya Holdinqi təmizlik işlərinə 200 min manat ayırdı
-
Səhiyyə17:4945 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı - VİDEO
-
Hadisə17:09Tiktoker Nahid Nəsirov saxlanıldı
-
İdman15:51Məşhur məşqçini Bakı küçəsində qəzaya görə döydülər




































