ATƏT PA-da Ermənistanın səsvermə hüququ ləğv edilə bilər
Bizi izləyin

Nida.az

ATƏT PA-da Ermənistanın səsvermə hüququ ləğv edilə bilər

ATƏT PA-da Ermənistanın səsvermə hüququ ləğv edilə bilər

ATƏT Parlament Assambleyasında Ermənistan nümayəndə heyəti səsvermə hüququndan məhrum edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə "lragir.am" saytı diplomatik mənbələrə istinadən xəbər verib.

Məlumata görə, buna səbəb ATƏT PA-nın Tiflisdə keçirlən 25-ci sessiyasında Rusiya ilə bağlı qəbul olunan qərara Ermənistan nümayəndə heyətinin imza atmamasıdıdır.

Sayt yazır ki, Ermənistan artıq neçənci dəfədir ki, Rusiyanın subyekti kimi hərəkət edir: "Belə görünür ki, Rusiya Ermənistanı de-fakto işğal edib. Sadəcə olaraq, lazım olanda səs verməsi üçün onu de-yure saxlayır. Bu, beynəlxalq instansiyalara yaxşı məlumdur. Hər kəs Ermənistanı Rusityanın dövlət-agenti kimi tanıyır. Diqqət çəkən məqamdır ki, ATƏT PA və AŞPA-da nümayəndə heyətlərinə Ermine Naqdalyan və Artaşes Qeqamyan kimi Rusiyaya bağlılıqlarını gizlətməyən deputatlar rəhbərlik edir. Diplomatik mənbələrin məlumatına görə, son zamanlar erməni nümayəndə heyətlərinin davranış tərzi onların səsvermə hüququndan məhrum edilməsi ilə nəticələnə bilər".

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm