Nida.az
ADP və VİP birləşir: “Bununla bağlı komissiya yaradılıb”
Azərbaycan Demokrat Partiyası (ADP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) birləşmək məsələsini müzakirə etmək üçün danışıqlara başlayıblar.
ADP sədri Sərdar Cəlaloğlu bu barədə yayılan məlumatı təsdiqləyib.
Publika.Az-a açıqlamasında partiya sədri qeyd edib ki, bununla bağlı iki partiya arasında komissiya yaradılıb: “Komissiyanın bir dəfə görüşü də olub, görüşdə partiyalararası əməkdaşlığın forması müzakirə olunub. Hələlik birləşmək kimi məsələlər müzakirə olunmur. Bu ideya müzakirə mərhələsindədir. Sadəcə olaraq yaranmış situasiyada partiyaların inteqrasiyası önə çəkilib. Lakin bu, müəyyən bir mərhələyə çatarsa, ən azından maraqların yaxınlaşması baş verərsə, niyə də olmasın”.
S. Cəlaloğlu hesab edir ki, çox partiyanın olmasına ehtiyac
yoxdur.
“Azərbaycanda qeydiyyatdan keçmiş 50-yə qədər partiya var. Amma
onların 2-3-ü daha aktivdir. Hesab edirəm ki, bu qədər partiyaya
ehtiyac yoxdur”-deyə partiya sədri bildirib.
Qeyd edək ki, ADP hazırda “Qarabağ” blokunun tərkibində “Ümid”
Partiyası ilə müttəfiqlik edir.
Asif
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
-
İdman25 Avqust 23:45"Qarabağ" "Sabah"ı belə təbrik etdi
-
Sosial25 Avqust 23:12Sabah 9 rayonun bəzi əraziləri işıqsız qalacaq
-
İdman25 Avqust 22:55Kantri musiqisinin ikonası vəfat etdi
-
İKT25 Avqust 22:30“Telegram”dan möhtəşəm yeniliklər
-
Magazin125 Avqust 22:15Elgiz Əkbər bu verilişlə geri dönür - VİDEO
-
Sosial25 Avqust 20:24Elxan Mütəllimova yüksək vəzifə verildi
-
İdman25 Avqust 20:00“Sabah” “Hapoel”ə qarşı - Start heyətlər bəlli oldu



















.jpg)












.jpg)
.jpg)