Milli Məclisin 2014-cü ildə ilk iclasının tarixi bəlli oldu
Bizi izləyin

Nida.az

Milli Məclisin 2014-cü ildə ilk iclasının tarixi bəlli oldu

Fevralın 3-də Milli Məclisin yeni il üçün ilk sessiyası başlayacaq. Bu barədə Publika.Az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu məlumat verib

Fevralın 3-də Milli Məclisin yeni il üçün ilk sessiyası başlayacaq. Bu barədə Publika.Az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu məlumat verib.

Onun sözlərinə görə, ilk sessiyanın gündəliyinə 14 məsələ daxil edilib: “Gündəliyə Milli Məclisin İltizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, parlamentin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri Planının, Peru, İsrail, Türkiyə hökumətləri və Avropa İttifaqı arasında arasında sazişlərin və Beynəlxalq Telekomnukasiya Reqlamentinin təsdiq edilməsi, Cinayət Prosessual Məcəlləsində dəyişiklik, Bakı şəhəri Xəzər və Piralları rayonlarının ərazi bölgüsündə qismən dəyişiklik edilməsi və “Heydər Əliyev Ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məsələlər daxildir”.

A.Təvəkküloğu əlavə edib ki, fevralın 1-i şənbə gününə düşdüyü üçün iclas ayın 3-də keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm