Nida.az
Müstəqilliyə gedən yoldakı 20 Yanvar səddi
"20 Yanvar hadisələrindən 32 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Çünki 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi yazılıb, eyni zamanda xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib".
Bunu Publika.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Politoloq bildirib ki, 20 Yanvar XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi:
"Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin davamı idi. SSRİ-nin müttəfiq respublikalarından biri olan Azərbaycandakı dinc nümayişçilərə qarşı hərbi müdaxilə etməsi əslində təəccüblü də deyildi. Çünki 20 Yanvar hadisələrinin bənzərini SSRİ 1956-cı ildə Çexoslovakiyada, 1968-ci ildə Macarıstanda və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirmişdi. Ümumiyyətlə, ötən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik, suverenlik arzusu və bu istiqamətdə siyasi oyanışı sovet hökumətini ciddi narahat edirdi. Nəticə etibarilə Bakıya qoşun göndərən sovet hökuməti 1990-cı il 20 yanvar tarixində dinc əhaliyə və etirazçılara qarşı silahlı müdaxilə ilə cavab tədbirləri gördü".
src="/storage/files/upload/ea81a3fd9a398f31235c6892f51acf1095e5a86f.jpg" style="width: 578px; height: 383.08px;" class="fr-fic fr-dib">
Ekspertin fikrincə, sovet hökuməti Bakıya qoşun yeritsə də, bu, Azərbaycan xalqının müstəqillik arzusunu və ya etirazlarını səngitmədi:
"Əksinə, SSRİ rəhbərliyinin səriştəsiz siyasətinin ən pik həddi olan 20 Yanvar qırğınları Azərbaycandakı mübarizə ruhunu daha da artırdı və sovet imperiyasının 70 il ərzində yaratdığı xof büsbütün dağıldı. 20 Yanvar hadisələrinin baş verməsində şübhəsiz ki, Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin də payı vardı. Xalqla bir olmağa cəsarəti çatmayan sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam edən bu şəxslər hər zaman olduğu kimi, bu dəfə də xalqın səsinə qulağını tıxadı. 20 Yanvar qırğınından danışarkən hadisələr sonrası məsələyə həmin vaxt Moskvada yaşayan Ulu öndər Heydər Əliyevin verdiyi reaksiyanı da qeyd etmək lazımdır. Məsələ ondadır ki, özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə getdi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı".
Turan Rzayev vurğulayıb ki, ABŞ hökuməti də bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdi:
"Avropanın müxtəlif qurumları Bakıda baş verən qırğına qeyri-adekvat yanaşma sərgilədi. Məsələn, "Ştern" məcmuəsi və "Tribuna lyudu" qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq hərbi qüvvədən istifadə olunmasının zəruri olduğunu bildirmişdi. "Los-Anceles Tayms", "Vaşinqton Post", "Krisçen Sayens Monitor", "Nyu-york Tayms", "Baltimor San" kimi dünyanın ən tanınan mətbu orqanları, eləcə də bir sıra xarici radiostansiyaların məlumatlarında Bakıda baş verən hadisələrə laqeyd münasibət özünü göstərirdi.
1990-cı il yanvarın 20-də Bakıda hadisələr baş verərkən Qarabağda da ermənilər aktivləşmişdi. Erməni ideoloqları və onların ilhamvericiləri "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi - Yerevanda "Qarabağ" komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan "Krunk" açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında konstitusiyaya zidd qərar qəbul etdi. Bununla da Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi. Nəticədə sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1988-ci ilin sonu, 1989-cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı. DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu".
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
