Nida.az
Qapanlının atəşə tutulması onu göstərir ki... - Politoloq
“Separatçılar Tərtərin Qapanlı kəndini atəşə tutmaqla regionda sülhün kövrək olduğunu və təhlükəsizliyin hələ də tam təmin olunmadığını nümayiş etdirdilər. Ona görə də bu xüsusda diplomatik, siyasi danışıqların böyük faydası var”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə, regionda çox ciddi geosiyasi proseslər gedir: “Sərhədlərin delimitasiya və demarkasiyası proseslərində Rusiyanın, eləcə də Avropa İttifaqının müsbət təşəbbüsləri var. Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında videokonfrans formatında görüş Azərbaycanın milli maraqları kontekstində keçirildi. Burada Dağlıq Qarabağ, ATƏT-in Minsk qrupu, status kimi ifadələrə rast gəlinmədi. Makron bu görüşə fransalı həmsədr ölkənin lideri kimi yox, Avropa İttifaqında sədrliyi üzərinə götürmüş dövlət başçısı kimi qatılmışdı”.
Politoloq qeyd edib ki, Qapanlı kəndinin atəşə tutulması onu göstərir ki, separatçıların silahsızlaşdırılmasına böyük ehtiyac var və 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın dördüncü maddəsi mütləq şəkildə icra olunmalıdır: “Eyni zamanda, sülhməramlıların da üzərinə beynəlxalq hüquqda sülhməramlılar üçün nəzərdə tutulmuş müddəalardan irəli gələn vəzifələr düşür. Bu vəzifələri icra etmək regionda sülhün bərqərar olunması, təhlükəsizlik arxitekturasının daha da gücləndirilməsi baxımından çox önəmlidir. Lakin biz hər hansısa silahlıların hələ də Azərbaycan tərəfini hədəfə götürdüyünü müşahidə edirik. Nəticədə gərginlik müşahidə olunur. Bu cür neqativ halların qarşısının alınması üçün sülhməramlılar daha gərgin şəkildə fəaliyyət göstərməlidirlər. Azərbaycan da diplomatik, siyasi müstəvidə həm məsələni qaldırmalı, həm Rusiya tərəfinə, həm də sülhməramlıların komandanlığına öz narazılığını ifadə etməlidir. Çünki regionda hələ də terrorçuların, yaraqlıların qalması sülhə təhdid törədir və məhz sülhməramlılar bu təhdidlərin qarşısının alınması üçün bölgəyə yerləşdirilib”.
İ.Hüseynov vurğulayıb ki, müvəqqəti olaraq sözügedən ərazilərə yerləşdirilən sülhməramlılar öz vəzifələrindən irəli gələn öhdəlikləri icra etməli və məsuliyyəti dərk etməlidirlər: “Bu məsələyə fərqli tərzdə yanaşma qəbuledilməzdir və mütləq şəkildə separatçıların qarşısını almaq, regionda sabitliyə təhdid göstərən meyilləri minimallaşdırmaq istiqamətində addımlar atılmalıdır. Gərginliyin artırılmasına xidmət edən addımların atılması yalnız tərəfləri narahat edir. Əgər bu gün bölgədəki nəqliyyat və kommunikasiyaların açılması istiqamətində mühüm razılıqlar əldə olunursa, bölgədəki dəmiryolu xətlərinin çəkilməsi istiqamətində razılıq da tərəflər arasında müəyyənləşibsə, bu cür gərginliyin artırılmasına xidmət edən atəşkəsin pozulması tamamilə yolverilməzdir”.
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə3 Avqust 21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək







.jpg)



.jpg)















.jpg)
.jpg)






