Nida.az
Türkmənçay müqaviləsindən sonra Şuşa əhalisinin say tərkibi necə dəyişdi?
Şuşa şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə birbaşa bağlıdır. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirdi. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi qərara aldı.
Dəniz səviyyəsindən 1300–1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verirdi. Seçilmiş ərazinin çox əlverişli hərbi–strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan 1754-cü ildə yeni qalanın tikintisinə başlamaq haqqında əmr verdi. 1756-cı ildə təhlükəsiz yaşamaq üçün zəruri işlər başa çatdırıldıqdan sonra Qarabağ xanlığının paytaxtı buraya köçürüldü. Yeni qala ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı. Yeni yarandığı dövrdə Şuşa cəmisi 162 ailənin yaşadığı kiçik bir yaşayış məntəqəsi idi. Rus məmurlarının 19-cu əsrin əvvəllərində tərtib etdikləri arxiv sənədinin məlumatından aydın olur ki, bu ailələrin hamısı azərbaycanlılardan ibarət idi və bu tarixi sənədlərdə də öz əksini tapmaqdadır.
Bu o deməkdir ki, Şuşanın əsasını azərbaycanlılar qoyublar və ilk dövrdə burada ancaq azərbaycanlılar yaşayıblar. Sonrakı dövrdə şəhərdə yaşayan əhalinin sayı Qarabağ xanlığının müxtəlif mahallarından köçüb gələnlərin hesabına surətlə artmışdı. Bir tərəfdən çox əlverişli mövqeyə malik olması, digər tərəfdən isə Qarabağ xanlığının mərkəzinə çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali üçün çox cəlbedici edirdi. Əldə olunan məlumatlar göstərir ki, artıq 18-ci əsrin əsrin sonu –19-cu əsrin əvvəllərində burada 2 mindən çox ailə yaşayırdı.
Əgər hər ailənin, orta hesabla, 5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, göstərilən dövrdə Şuşada 10 min nəfərdən çox əhalinin yaşadığını müəyyənləşdirə bilərik. Bu əhalinin əsas hissəsini Qarabağ xanlığının Dəmirçihəsənli, Kəbirli, Dizaq Cavanşir, Otuziki, İyirmidörd və Xaçın mahallarından köçüb gələnlər təşkil edirdi.
Şuşanın əhalisi Azərbaycan türklərindən ibarət idi. Bunu şəhərin bütün məhəllə adlannın - Təbrizli, Culfalar, Hacı Yusifli, Merdinli, Saatlı, Köçərli, Xoca Mərcanlı və sair - Azərbaycan türkcəsində olması da sübut edir. 18-ci əsrin əsrin sonu-19-cu əsrin əvvəllərində Şuşaya köçüb gələnlər arasında mənşəcə alban olublar. Onların arasında orta əsrlər dövründə erməni kilsəsinin təsiri altında qriqoryanlaşmış və erməniləşmiş əhali də var idi. Onların əksəriyyətini Qarabağ xanlığının Tativ, Xaçın və Dizaq mahallarından gələnlər təşkil edirdi.
Lakin "Qarabağ əyalətinin təsviri" adlı sənədin məlumatları əsasında apardığımız hesablamalardan məlum olur ki, bu əhali Şuşada yaşayan bütün əhalinin cəmisi 27 % -ni təşkil edirdi. XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi.
Türkmənçay müqaviləsinin şəhərin etnik tərkibinə təsiri
19-cu əsrin əsrin əvvəllərinə qədər Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Türkmənçay müqaviləsinin imzalanmasından sonra Şimali Azərbaycanda yaranmış siyasi sabitlik Şuşada əhalinin artmasına müsbət təsir göstərdi. 19-cu yüzilin 70-ci illərindən başlayaraq yeni sənaye müəssisələrinin işə salınması şəhərdə işçi qüvvəsinə tələbatı xeyli artırmışdı.
Bu isə şəhərdə əhalinin sayımn xeyli artmasına gətirib çıxardı. XIX əsrin əvvəli ilə müqayisədə Şuşada əhalinin sayı 2,5 dəfə artaraq əsrin sonunda 25881 nəfərə çatdı. XX əsrin əvvəllərində isə bu artım daha sürətlə getmiş və 1917-ci ildə şəhər əhalisinin sayı 43869 nəfərə çatmışdı. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin sayının sürətlə artması da Türkmənçay və 1829-cu ildə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı.
Rəsmi məlumatlara görə, Rusiya təkcə 1828–1830-cu illərdə Cənubi Qafqaza 40 min nəfər İran ermənisi və 84 min nəfər Türkiyə ermənisi köçürmüşdü. Ermənilərin Cənubi Qafqaza köçürülmələri bundan sonra dönməz xarakter almış və getdikcə güclənmişdi. Məhz bu kütləvi köçürmələrin nəticəsi idi ki, Türkmənçay müqaviləsindən keçən 80 il ərzində Cənubi Qafqazda ermənilərin sayı, təxminən 4,5 dəfə artmışdı. Rus qafqazşünası N. Şavrov yazırdı ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu gəlmədir.
17-ci əsrdə və 18-ci əsrin əvvəlində Qarabağın dağlıq hissəsində beş alban xristian məlikliyi -Xaçın, Çiləbörd, Gülüstan, Vərəndə və Dizaq- mövcud idi. Bu məlikliklər- dən Xaçın məlikliyinin tarixi daha qədim olub, vaxtilə Albaniyanı idarə etmiş Mehranilər sülaləsinə gedib çıxır.
Digərləri Qarabağa Azərbaycanın başqa yerlərindən köçüb gəlmişdilər. XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali Qarabağ xanlığınm əhalisinin olduqca az bir qismini təşkil edirdi. "Qarabağ əyalətinin təsviri"ndə verilmiş məlumatlardan aydın olur ki, 1823-cü ildə Qarabağ xanlığında yaşayan 20035 ailə- dən 15729-unu azərbaycanlı, 4366-smı isə mənbədə düzgün olmayaraq "erməni" kimi qələmə verilən alban-xristian ailələri təşkil edirdi.
"Qarabağ əyalətinin təsviri" demoqrafık proseslərin heç də azərbaycanlılar üçün əlverişli olmayan bir dövrdə tərtib edildiyindən bölgədəki etnik mənzərəni olduğu kimi əks etdirmir. Belə ki, 1804–1813-cü illər Birinci Rusiya-İran müharibəsinin törətdiyi kütləvi aclıq, dağıntı və xəstəliklər, eləcə də müharibədən sonrakı illərdə Qarabağ xanlığında tətbiq edilən amansız işğal rejimi burada azərbaycanhlann sayının kəskin şəkildə azalmasına səbəb olmuşdu.
Rus generalı P.S.Kotlyarevskinin bu dövrə aid raportlanndan birində göstərilirdi ki, Qarabağ xanlığının Rusiyanın tərkibinə qatıldığı 1805-ci ildən keçən 7 il ərzində bu xanlıqda yaşayan 4845 azərbaycanlı ailəsi öz yaşayış yerini tərk edərək İrana qaçmağa məcbur olmuşdur. Bu proses sonrakı illərdə də davam etmişdir. Rusiya işğal rejiminin amansız təqiblərinə tab gətirə bilməyən sonuncu Qarabağ xanı Mehdiqulu xan 1822-ci ildə İrana qaçmağa məcbur olmuş və bu zaman özü ilə xeyli azərbaycanlı ailəsini də aparmışdı.
Oxşar proseslər Şuşa şəhərində də getmişdi. XVIII əsrin sonlarında 10 min nəfər əhalinin yaşadığı bu şəhərdə XIX əsrin əwəllərində əhalinin sayı, təxmi- nən, 2–3 min nəfər azalmışdı. Bunun səbəblərindən bəhs edən S.A.Yegiazarov yazırdı ki, Şuşa əhalisinin bir qismi Ağa Məhəmməd şah Qacarla müharibə zamanı qaçıb dağılmış, digər qismi isə Qarabağ xanlığı Rusiyaya qatıldıqdan sonra İrana köçmüşdü.
Hətta bu ağır müstəmləkə və ayrı-seçkilik şəraitində belə, xristian əhali Qarabağ xanlığında, o cümlədən Şuşa şəhərində əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ildə Şuşada yaşayan 1532 ailənin 1000-dən çoxu azərbaycanlılardan, təxminən, 500-ü isə ermənilərdən (yəni erməniləşmiş albanlardan-red) ibarət idi. Şuşa şəhərində əhalinin etnik tərkibinin bu nisbəti, hətta çar hökumətinin erməniləri kütləvi surətdə İrandan və Osmanlı imperiyasmdan Qarabağa köçürdüyü dövrdə — XIX əsrin 30-cu illərində də dəyişməmişdi. Həmin dövrdə şəhərdə qeydə alınmış 1698 ailənin 936-sını azərbaycanlılar təşkil edirdi.
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR