Nida.az
Azərbaycan sərt addımlar ata bilər - Deputat açıqladı
“Qarabağda qeyri-qanuni hadisələrin baş vermə səbəbləri hər kəsə məlumdur. Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəlikləri lazımi şəkildə yerinə yetirmir. Onların Qarabağda yerləşməsi bəzi problemlərin qarşısını alsa da, terrorçu dəstənin üzvlərinin birbaşa olaraq bəzi məsələlərdə iştirak etməsi yolverilməzdir”.
Bun Publika.az-a açıqlamasında millət vəkili Aqil Məmmədov deyib.
Deputat qeyd edib ki, Rusiya sülhməramlıları bu problemləri həll etməlidir: “Ötən həftələrdə erməni terrorçuları Tərtər rayonunun Qapanlı kəndinə də atəş açıb. Aidiyyəti qrumların və bəzi ekspertlərin şərhlərində də qeyd olunur ki, bunun əsas səbəbi sülhməramlıların öz vəzifələrinə qarşı səhlənkar davranmasıdır. Çünki onlar bu məsələlərlə bağlı qəti addımlar atmalıdır. Terrorçu rejimin üzvləri heç bir yoxlamada iştirak edə bilməz. Ümumi olaraq sərhədyanı ərazilərimizə atəş açılması və daxildə olan təxribatlar Ermənistanın qeyri-konstruktiv mövqeyinin nəticəsidir. Ermənistan hər zaman belə məsələlərlə bağlı addım atacağını söyləyir, ancaq əməllərində deyilənlərə uyğun heç bir təşəbbüs müşahidə olunmur”.
A.Məmmədov vurğulayıb ki, Ermənistan sülhün yaranmasına uyğun addımlar atmır: “Ermənistan tərəfi problemin həll olunmadığını dünyaya göstərib, hansısa formada yararlanmaq istəyir. Dünyada fəaliyyət göstərən ermənilər bu məsələdə Ermənistana müəyyən qədər dəstək verir. Çünki adı çəkilən ölkə indiyə qədər heç vaxt müstəqil bir siyasət apara bilməyib. 10 noyabr bəyanatının müddəaları nə olur olsun yerinə yetirilməlidir. Qarşı tərəf razılaşmaya uyğun addım atmadığı təqdirdə, nələrlə üzləşə biləcəklərini çox yaxşı başa düşürlər. Yəni onların bizim dediklərimizlə razılaşmaqdan başqa çıxış yolu yoxdur. Gələcəkdə əlaqələrin normallaşması üçün Ermənistan sərhədlərin dəqiqləşdirilməsi üçün addımlar atmalı və sülh müqaviləsini imzalamalıdır. Bu addımları atmaq qarşı tərəfə daha çox xeyr verəcək, çünki Ermənistan blokada şəraitində qalmış bir ölkədir. Sülh müqaviləsinin imzalanması region ölkələrinin hər biri üçün faydalı bir addım olacaq. Azərbaycan hər zaman bəyan edib ki, bölgədə sülhün yaranmasının tərəfdarıdır. Ancaq Qarabağ ərazisində bu cür təxribatlar davam edərsə, Azərbaycan sərt addımlar atacaq”.
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir




















.jpg)

.jpg)












