Nida.az
Bu, Rusiyanın belini qırmaq deməkdir - RƏY
“Rusiyanın Donetsk və Luqanskın müstəqilliyini tanıması gözlənilən idi. Çünki adətən Rusiya bu cür situasiyaya düşəndə separatçı qurumlara dəstək verir və başlayır qondarma qurum üzərindən manevr etməyə. Qərbin böhrana reaksiyası da sözdən o tərəfə keçmir. Bu məsələyə ən sərt reaksiya Türkiyədən gəldi və bildirildi ki, Putinin bu qərarını ümumiyyətlə tanımırıq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi, “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov deyib.
src="/storage/files/upload/b3e0d90778c2ae37757b5a2c503f30ee3e6f9af7.jpg" style="width: 427px; height: 427px;" class="fr-fic fr-dib fr-fil">
Onun sözlərinə görə, iki ölkə arasında 2020-ci ilin oktyabr ayında imzalanmış müqaviləyə əsasən, Türkiyə Ukraynaya açıq dəstəyini ifadə etdi: “Qərb ölkələrinə isə lazım olan da məhz bu idi. Onlar imkan tapan kimi Rusiyaya sanksiya tətbiq etməyə çalışırdılar. Rusiyanın bu gün 600 milyard dollar rezervi olsa da, bu rezerv Rusiya kimi böyük ölkə üçün kifayət edən məbləğ deyil. Artıq rublun qiymətində ucuzlaşma pik həddə çatıb. Bu isə o deməkdir ki, rublun dəyəri sürətlə aşağı düşür. 2015-ci ildə Ukrayna böhranı ilə bağlı Rusiyaya edilən sanksiyalar nəticəsində ölkə hər gün təqribən 7 milyard dollar itirirdi. İndiki hesabla götürsək, Rusiyanın hazırkı rezervi 3 ay içində tükənəcək. Sözsüz ki, Rusiyaya qarşı yaxın günlərdə sanksiyalar işə düşəcək. ABŞ və Qərb Ukraynanı qurban verərək əvəzində Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün bəhanə qazandı. Bu, bir də onu göstərir ki, Rusiya üçün milli-mənəvi dəyər söhbəti yoxdur. Çünki Ukrayna və Rusiya Şərqi slavyanlar qrupuna daxildir.Yəni, qohum, qardaş xalqlardır”.
Ekspert əlavə edib ki, belə olan halda Ukrayna ilə separatçı rejim arasında müharibə ehtimalı artır: “Zamanı bəlli olmasa da, bu müharibənin olması qaçılmazdır. Lakin Ukrayna bunu Rusiyaya qarşı tətbiq olunan sanksiyaların nəticə verməsindən sonra edə bilər. Rusiya özünü hegemon dövlət kimi aparsa da, son nəticədə tətbiq olunan sanksiyalardan sonra geri çəkilməyə məcbur olacaq. Tutduğu ərazilərdən çıxacaq demək olmaz, çünki ruslarda imperiya, çarizm anlayışı var. Putinin atdığı addımlar da bundan irəli gəlir. Bəli, Rusiya 2015-ci ildə Qərbi saymırdı, sanksiyalara məhəl qoymurdu. Lakin zaman keçdikcə görünür ki, sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı nə qədər daralıb. 2018-2021-ci illər arasında iqtisadiyyatda 2 dəfə geriləmə baş verib”.
S.Hümbətov vurğulayıb ki, bu məsələyə Türkiyə də Qərb aspektindən yanaşır: “Əgər Ukrayna böhranına görə sanksiyalar tətbiq edilsə, Türkiyə də buna dəstək verəcək. Türkiyənin də Qərbə dəstək verməsi artıq Rusiyanı çətin vəziyyətə salacaq. Rusiya Türkiyə ilə münasibətləri üzərindən hər hansısa addımları atacağını düşünürdüsə, belə olan halda həmin variant da Rusiyanın əlindən çıxmış olacaq. Bütün bunların fonunda Rusiya üçün geriyə bir seçim qalır ki, o da Çindir. Lakin Rusiya Çinin ağuşuna düşüb, daha sonra çətin vəziyyətdə qalmaq istəmir. Hazırda Rusiya əsasən qaz satışına yönəlib. Çünki Avropanın enerji təhlükəsizliyi məsələsi gündəmdədir. ABŞ da Rusiyaya məhz qaz satışına görə birdən-birə sanksiya tətbiq edə bilməz, bunu yavaş-yavaş edəcək. Bu gün İran necə ki, neft-qazını sata bilmir, eynilə də Rusiyanı bu günlər gözləyə bilər. Lakin Rusiya İran kimi bu sanksiyalar qarşısında müqavimət göstərə bilməyəcək və cəmiyyətdə etirazlar dalğası başlayacaq. Bununla da Kreml administrasiyası geri addım atmağa məcbur olacaq. Bu gün Rusiya sanksiyalara məhəl qoymaya bilər, lakin bundan yaxa qurtarmaq mümkün olmayacaq. Dünyanın əsas valyuta ehtiyatı dollardır və ticarət də dollar üzərindən aparılır. Bütün bank sistemləri isə Amerikadan idarə olunur. Gələcəkdə Rusiyanın banklararası hesablaşma sistemindən çıxarılması məsələsi meydana gələ bilər ki, bu da Rusiyanın tamamilə belini qırmaq deməkdir”.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI