Nida.az
Qarabağda fırtına öncəsi səssizlik - RƏY
“Paşinyanın Azərbaycanla bağlı məlum çıxışı problemlərin məsuliyyətini öz üzərindən atmağa hesablanıb. Baş nazirə də agahdır ki, dünyada yaşanan beynəlxalq gərginlik, Rusiya və Ukrayna arasında müharibə Azərbaycanın da anti-terror əməliyyatları keçirməsi üçün əlverişli mühit yaradır. Çünki Qarabağda istər ərazi, istərsə də infrastruktur baxımdan problemlərin kökü separatçı məsələsi ilə bağlıdır”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva deyib.
src="/storage/files/upload/57124b15bb5dd5a5866d09516a6daa81be0fe993.jpeg" style="width: 401px; height: 231.243px;" class="fr-fic fr-dib fr-fil">
Ekspertin sözlərinə görə, buna dair presedentlər az deyil: “Məsələn, Yaponiya tərəfi hazırda faktiki olaraq Rusiyanın Ukraynanı işğal etdiyini deyərək Kuril adaları uğrunda ehtimal hərbi münaqişəni legitimləşdirməyə çalışır. Tərəflər arasında məlum toqquşma dünya tarixində çox az sayda nümunələrdən biridir ki, sülh müqaviləsi ilə yekunlaşmayıb. Eyni durum keçmiş Qarabağ münaqişəsinə də şamil edilir. Ukraynada müharibə başladıqdan sonra Çinin də xüsusən Yaxın Şərq və Afrikada hərbi bazalar yaratması ilə bağlı məlumatlar yayılıb. Çin məxsusi olaraq Afrikanın Atlantik okeanı sahillərində yerləşən hissəsində hərbi dəniz bazası qurmağı hədəfləyir. Əslində, Rusiyanın da məhz indiki geosiyasi vəziyyətdə hücum planını icra etməsi bəhs etdiyimiz mövzu ilə eynilik təşkil edir. Nəzərə alaq ki, ABŞ cəmiyyətində sosial-siyasi qütbləşmə dərinləşib. ABŞ-ın Çini əsas strateji rəqib elan edərək gücünü Hind-Sakit okean regionuna yönəltməsi Moskvanın ikinci cəbhə açmasına fürsət yaradıb”.
Z.Qarayeva vurğulayıb ki, eyni presedenti Qarabağla bağlı icra etməyin zamanıdır: “Lakin başqa nümunələrdən fərqli olaraq, geosiyasi mühitin yetişib-yetişməməsindən asılı olmayaraq, biz öz suverenliyimizə təhdid törədən problemləri aradan qaldırmaqda tamamilə haqlıyıq və beynəlxalq hüququn heç bir prinsipini pozmuruq. Zəngəzur dəhlizi separatçıların varlığı səbəbindən dalana dirənib. Üstəlik, bu məsələdə başlıca əngəl həm də sərhədlərin delimitasiya, demarkasiyası ilə bağlıdır ki, onun da kökündə terrorçu ermənilərin hələ də bölgədə varlığı məsələsi dayanır. O baxımdan hazırda Qarabağdakı səssizliyi fırtına öncəsi səssizlik də adlandırmaq olar. Fırtınanın burulğanında dönənlər isə ərazi bütövlüyümüzü həyasızcasına pozanlar olacaq”.
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı






































