Prezidentin budəfəki səfəri də alqışalayiqdir - Deputat
Bizi izləyin

Nida.az

Prezidentin budəfəki səfəri də alqışalayiqdir - Deputat

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb. Ekspertlər düşünürlər ki, Prezidentin qardaş ölkəyə budəfəki səfərindən sonra Türkiyə-Azərbaycan əməkdaşlığı daha yüksək səviyyəyə qalxacaq.

Onlar hesab edirlər ki, Şuşa Bəyannaməsi iki ölkə arasında daimi müttəfiqliyin təsdiqidir.

Milli Məclisin deputatı Ziyafət Əsgərov Publika.az-a açıqlamasında söyləyib ki, Prezident İlham Əliyevin budəfəki Türkiyə səfəri də alqışalayiqdir:

“Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir. Biz qardaş ölkələrik. Allaha şükürlər olsun ki, hər iki dövlətin başçıları qardaşdır. Bu da təbiidir. Bir çoxları sual verirlər ki, cənab İlham Əliyev Türkiyəyə nə üçün gedir? Biz bir millət, iki dövlətiksə, dövlət başçılarımız qardaşdırsa, bu səfərlər də təbiidir. Qardaşın qardaşa qonaq getməyi “niyə” sualını doğurmamalıdır. Bu, çox normal məsələdir. Bizim dövlət başçılarımız iki ölkə arasındakı əməkdaşlıqlarla bağlı ya həmişə telefonla əlaqədədirlər, ya da bir-birlərinə qonaq gedirlər. Ona görə də gərək burada “niyə” sualı olmasın. 15 iyun 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsindən sonra bu dostluğumuza, qardaşlığımıza hüquqi möhür də vuruldu. Artıq biz bir-birimizlə hüquqi cəhətdən də müttəfiq dövlətlərik. Ona görə də iki ölkə arasında vaxtaşırı müzakirə ediləsi məsələlər olur. Mütəmadi şəkildə həmin məsələlər gözdən keçirilməlidir. Müzakirə edilməlidir. Elə məsələlər var ki, telefonla, bir sıra məsələlər də üz-üzə görüşlərdə müzakirə olunur. Düşünürəm ki, bu cür səfərləri alqışlamaq lazımdır”.

Deputatın fikrincə, dövlət başçılarının baş tutan hər bir görüşündə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəalarından irəli gələn məsələlər müzakirə olunur:

“Eyni zamanda, digər məsələlər, Zəngəzur dəhlizinin açılması kimi mövzular da müzakirə edilir. Əgər yadınızdadırsa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, qardaş ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, hətta Müdafiə naziri Hulusi Akar da bununla bağlı bəyanatlar veriblər. H.Akar bildirmişdi ki, Azərbaycanla bağlı bütün məsələlər onların gündəliyindədir və bu kimi məsələlər həmişə müzakirə obyekti olacaq”.

Ziyafət Əsgərov bugünkü geosiyasi vəziyyətdə türkdilli ölkələrin əməkdaşlığının əhəmiyyətini və bu istiqamətdəki rollarını çox yüksək dəyərləndirdiyini vurğulayıb: “Bu əməkdaşlığın əsası hələ 2009-cu ildə Naxçıvanda qoyulub. O vaxtdan bəri türkdilli dövlətlər arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Bundan sonra da belə olacaq. Türkdilli ölkələr həmişə bir-birlərinə dəstək durmalıdır. Doğrudur, bu əməkdaşlıq bəzi dövlətləri narahat edir. Düşünürlər ki, guya türkdilli dövlətlər kiməsə qarşıdır. Bu, sadəcə olaraq bir əməkdaşlıq təşkilatıdır. İqtisadi, siyasi məsələlərin çözülməsi qurumudur. Bu təşkilat heç bir ölkəyə, hər hansı dövlətlər birliyinə qarşı yönəlməyib. Sadəcə olaraq türkdilli dövlətlər yığışaraq öz aralarında belə bir təşkilat yaratdılar. Onlar öz aralarında əməkdaşlıq məsələlərini müzakirə edirlər. Vaxtaşırı görüşərək cari məsələlərlə bağlı fikir mübadiləsi aparırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm