Nida.az
Bu münasibət dünyaya örnəkdir - RƏY
“Azərbaycanla Türkiyə arasında olan həm qardaşlıq, həm də tərəfdaşlıq münasibətləri bütün dünya ölkələri üçün örnəkdir. Şuşa Bəyannaməsi isə hər iki ölkə əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəldərək hər şəraitdə bir-birinin yanında olduğunu nümayiş etdirdi”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Aqil Məmmədov deyib.
Deputat qeyd edib ki, müasir dövrdə Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin rəsmiləşdirilməsi tarixi bir hadisədir: “Hər iki ölkə bəyannaməni imzalayarkən həmin dövlətlərin xalqları bu hadisəni alqışlarla qarşıladı. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin gələcəyi üçün böyük perspektiv yaradır. Bu sənəddə xüsusi vurğulanan mövzulardan biri də iki ölkədən birinə hücum olduğu zaman özünü müdafiə üçün adıçəkilən dövlətlərin birlikdə hərbi addımlar atmasıdır”.
A.Məmmədov vurğulayıb ki, Azərbaycan və Türkiyə dünyada sülhün bərqərar olmasının tərəfdarıdır: “Hər iki ölkə hər zaman beynəlxalq qanunlara söykənərək addımlar atır. Yəni, adıçəkilən dövlətlər Ukrayna və Rusiya arasında olan gərginliyin azalması üçün vasitəçilik rolunu oynamağa hazırdır. Bu məsələnin həlli üçün istər Türkiyə, istərsə də Azərbaycan əlindən gələni edir. Ölkəmiz hətta 44 günlük müharibə zamanı da elan etmişdi ki, biz bölgədə və dünyada sülhün olmasını istəyirik. Türkiyə Rusiya və Ukrayna arasında gedən müharibənin dayanması üçün mühüm addımlar atır. Məhz Türkiyə ilə adıçəkilən ölkələrin xarici işlər nazilərinin görüşməsi buna misal ola bilər”.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır










.jpg)



























