Nida.az
Azərbaycanın şərtləri reallıqlara söykənir - RƏY
“Bakının sülh müqaviləsi ilə bağlı İrəvana təqdim etdiyi 5 maddənin əsas müddəası iki ölkənin bir-birinin ərazi bütövlüklərini qarşılıqlı şəkildə tanımasıdır. Bu, bizim üçün prinsipial məqamdır. Ona görə də Ermənistan öz üzərinə öhdəlik götürməlidir ki, bundan sonra Azərbaycanın suverenliyinə hər hansı bir təhdid yaratmayacaq”.
Bunu Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, digər maddələr isə mahiyyət etibarilə 10 noyabr razılaşmasında və daha sonra imzalanan sənədlərdə də öz əksini tapıb: “Bu aspektdən Azərbaycanın şərtləri reallıqlara söykənir və ölkəmizin bu günə qədər məlum olan mövqeyini bir daha ifadə edir. Ermənistan bölgədə sabitliyin təmin olunmasında maraqlıdırsa, ərazi iddialarından əl çəkməli və öhdəlik götürməlidir. Çünki etimad yaratmaq missiyası Ermənistanın üzərinə düşür. Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalması məhz bu missiyanın Ermənistan üzərinə düşdüyünü özündə ehtiva edir. Bu aspektdən ölkəmizin irəli sürdüyü şərtlərdə qeyri-adi heç nə yoxdur. Ermənistan tərəfinin isə hansı iddialardan çıxış edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın son açıqlamasında ərazi bütövlüyü ilə əlaqədar monipulyativ fikirlər səsləndi və qeyd olundu ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Erməni xislətinə bələd olan hər kəs yaxşı bilir ki, bu fikirlərdə hansı niyyət və məqsəd dayana bilər. Doğrudur, BMT-yə üzv olanda əgər dövlətlərdən biri etirazını o dövlətin üzvlüyünə bildirmirsə və BMT çərçivəsində ona qarşı ərazi iddiaları irəli sürmürsə, bu, həmin dövlətlərin ərazi bütövlüyünün tanınması anlamına gəlir”.
E.Mirzəbəyli vurğulayıb ki, MDB çərçivəsində də müvafiq qaydalar tətbiq olunur: “Bütün bunlarla yanaşı, bilinən reallıqlar da var. Bu reallıqlar da ondan ibarətdir ki, Ermənistan torpaqlarımızı Azərbaycan BMT-yə üzv olduğu zaman işğal edib. Torpaqlarımızın işğal altında saxlanması, Ermənistanın siyasi rəhbərliyi tərəfindən Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları, işğal faktoru ilə əlaqədar BMT qətnamələrinin mövcudluğu da sübuta yetirir ki, Ermənistan tərəfindən belə bir öhdəliyin götürülməsinə ehtiyac var. Çünki Ermənistan günün birində yenidən Azərbaycana qarşı ərazi iddiası irəli sürə bilər. Ermənistan MDB çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyanda bu tanıma hansısa separatçı, qondarma quruma aid deyildi. Bu aspektdən bizim sülh müqaviləsi üçün başlıca şərtimiz budur”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO